Gecələr smartfonda "Wi-Fi" söndürülməlidir? - DİQQƏT!


Diqqət edilməli məqam...

geceler-smartfonda-wi-fi-sondurulmelidir
07.10.2022 00:37 1 dəq oxuma

Bir çox smartfon sahibləri gecələr telefonlarında "Wi-Fi"ı söndürürlər və buna görə haqlıdırlar.

TurpKimi.com gecələr smartfonda "Wi-Fi"ı söndürməyin niyə daha yaxşı olduğunu və bunu etməklə nə olacağını təqdim edir:

Niyə gecələr "Wi-Fi" söndürülməlidir?

Birincisi, "Wi-Fi" gecə saatlarında söndürülməlidir ki, smartfonun batareyası daha yavaş tükənsin.

Əks halda, səhər siz qadcetın boşaldığını görə bilərsiniz.

"Wi-Fi"ni söndürmək məsləhəti, batareya enerjisinə qənaət etmək lazım olan digər vəziyyətlər üçün də aktualdır.

İkincisi, xəbərdarlıqlardan oyanmaq istəmirsinizsə, "Wi-Fi"ni söndürün.

Gecələr "Wi-Fi"ın təsirindən özünüzü qorumaq istəyirsinizsə, yalnız smartfonunuzdakı şəbəkəni deyil, ev marşrutlaşdırıcınızı da söndürməlisiniz.

Lent.az / TurpKimi.com