Gecəni və qaranlığı sevən hormon - Melatonin


Melatonin beynimizdə qaranlıqda ifraz olunan və bədənimizin müqavimətini artıran, immunitetini formalaşdıran  mükəmməl bir hormondur.

geceni-ve-qaranligi-seven-hormon-melatonin
10.10.2022 21:02 2 dəq oxuma

Beynimizdə gecəni sevən bir hormon var, adı melatonindir. Melatonin beynin orta hissələrində olan pineal vəz tərəfindən ifraz olunan hormondur. Bədənimizdə  hormon çoxdur və hamısının fərqli  funksiyaları var. Melatonin hormone isə digərlərindən çox fərqlənir, çünki  başlanğıc və bitmə nöqtəsi vardır.

TurpKimi.com melotonin haqda maraqlı məlumatları oxucuları ilə bölüşür. 

Melatonin ifrazı qaranlıqda başlayıb işıqlıqda sona çatır. Saatla göstərsək, melatonin 23:00 - 05:00 saatları arasında ifraz olunur. 02:00 - 04:00 saatları isə ən çox  ifraz edildiyi vaxtdır. 

Qaranlıqlar hormonu

Melatoninə "qaranlıqlar hormonu" da deyilir. Çünki gecə saatlarında fəaliyyətə keçib günəşi gördükdə itir.

Melatonin hüceyrələri yeniləyir, bədənimizin bioloji ritmini təşkil edib immunitet sistemini gücləndirir və yaşlanmağı da gecikdirir. Böyümə hormonuna da təkan verən və yetkinlik dövrünü başladan da melotonindir.

Melatonin kifayət qədər ifraz olunmazsa...

Melotoninin ifraz olunması üçün mühit qaranlıq olmalıdır. İşığın varlığı melatoninin ifraz olunmasına maneə törədir, bununla da zəncirvari proseslər başlayır, bədənin bioloji saatı dərindən sarsılır, yuxusuzluq başlayır, hüceyrələr yenilənmir, özümümzü davamlı olaraq  yorğun hiss edirik, fiziki və ruhi  yorğunluq dönəmi başlayır. 

Melotonin yetərincə ifraz olunmadıqda orqanizmdə xəstəliklər baş qaldırmağa başlayır. Bunların önündə isə xərçəng xəstəliyi gəlir.  


Melotoninin düşməni işıq və depressiyadır

Depressiya melatoninin ifraz olunmasını önləyir. Depressiyanın müalicəsində istifadə edilən dərmanlarda melatoninin səviyyəsini artırmağa kömək edən maddələr var. 

Melotoninin ifraz olunmasını artıran qidalar

Fındıq, badam, yer fındığı, somon balığı, çobanyastığı - cirə- razyana çayı, soya paxlası, kələm kimi qidalardan axşam saatlarında istehlak edildikdə melatoninin ifraz olunması artır.

Melatoninin səviyyəsini aşağı salmamaq üçün

Qaranlıqda yatmaq ən məntiqli həll yoludur. Qaranlığı sevməyənlər heç olmasa zəif işıqda yatmağı seçə bilər. Təsəvvür edin ki, televiziya işığında yatmaq orqanizm üçün hansı təhlükələr törədir. 

Melotoninin normada olması üçün rahat yuxu və stressdən uzaq durmaq əsas şərtlərdəndir.

Spirtli içkilər  və siqaret melatonin ifrazını azaldır. Yatmazdan ən azı 2 saat əvvəl yemək yemək, idman etmək, çay, qəhvə istehlakı kimi hərəkətlərə son vermək də həll yolu ola bilər. 

Melatonin ifraz olunması üçün dərmandan istifadə etmək olar, ancaq bunu həkim ən son variantlarda təklif edir.  Ona görə də təbii olan mümkün variantara əməl etmək lazımdır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com