Səbəbini bilməyiniz vacibdir.
Əksəriyyətimiz bir çox şeyi səhv edirik və nəticədə insanın boş yerə özünü yuxuya vermək cəhdi yuxusuzluğa səbəb olur.
TurpKimi.com bildirir ki, gecənin ən dərin yuxusunda gözlərinizi birdən açıb oyanırsınız. Lakin orqanizm yatmaq istəyir, amma bu heç də asan deyil. Tanış vəziyyətdir? O zaman sadalayacaqlarımız məsləhətlərə əməl etməyə çalışın.
Tualetə getmək üçün yuxudan durmayın!
Əlbəttə, tualetə getməyə həddən çox ehtiyacınız varsa, o zaman mütləq gedilməlidir, başqa çarə yoxdur. “Onsuz da yata bilmirəm” deyib tualetə getmək böyük səhvdir və yenidən yuxuya getməyəcəyinizə tam zəmanət verir.
Adicə yatağın içində oturmaq belə uzanmış vəziyyətlə müqayisədə (məsələn; 1 dəqiqədə 60 atış) ürəyin ritmini artırır. Yuxu üzrə mütəxəssis Maykl Breus bildirir ki, yataqdan ayağa qalxıb tualetə getdikdə ürəyin ritmi daha tezləşməyə başlayır. Əvvəlki vəziyyətinə geri qaytara bilmək üçün gərək ürəyin ritmi bir dəqiqədə 60 dəfə vursun. Bu isə dərhal baş vermir. Ona görə də sizin yenidən yuxuya getməyiniz elə də asan olmur.
Saata baxmayın!
Dr.Breus tərəfindən verilən digər məsləhət belədir: Hər nə qədər çətin olsa belə rahatlaşmağa və beyninizi tam mənada söndürməyə çalışın. Saata, telefona baxmayın, çünki insan instinktiv şəkildə etdiyi bu hərəkətlər zamanı yatarkən gözlərini çətinliklə aça bilir.
Nə qədər yatacağınızı saymayın!
Bir çox insan kifayət qədər yuxu yata bilməyəcəyinin qorxusundan əziyyət çəkir. Ona görə də gecənin yarısı oyanaraq saata baxır və oyanmasına daha neçə saat qalıbsa onu hesablamağa başlayır. Nəticədə həmin insan yuxuya gedə bilmir.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 09-10-2019