Gəlin namizədlər üçün - Toydan əvvəl üz dərisinə qulluq üçün ipucları


Həyatınızın ən gözəl, ən özəl gününə hazırlaşırsız? Dərinizdən narahatsız?

gelin-namizedler-ucun
29.09.2022 21:03 4 dəq oxuma

Makiyajın cildə yaxşı oturması üçün toydan əvvəl cildinizə xüsusi qulluq etməlisiniz. 

Turpkimi.com  ən qısa müddətdə ən yaxşı görünən dəriyə sahib olmaq üçün bəzi ipuclarını diqqətinizə çatdırır. Bütün vasitələrdən də təsirli yuxudur. Yuxunuzu nizama salın. Sonra istifadə etdiyiniz məhsulların keyfiyyətinin yaxşı, əla olmasına diqqət edin. 

Yatağa təmiz cildlə girin

Bu əslində ən sadədir, ən çox bilinən, amma ən əhəmiyyətli addımdır. Nəzəriyyədə bunun əhəmiyyətini hamımız bilirik, ancaq praktikada necə inkişaf etdirə bilərik, ona baxaq. Gecə yatmazdan əvvəl dərinizi təmizləməyiniz və  nə ilə təmizlədiyiniz də əhəmiyyətlidir. Pilinq təsirli təmizləyicilər dərinin təbii baryerini soyaraq dərinin  daha çox mat və donmuş görünməsinə səbəb ola bilər. Ona görə də gecə üçün ən uyğunu yağ formasında olan təmizləyicilərdən birini istifadə etməkdir. Bu məhsullar su ilə qarışanda  yumşaq, kremvari bir şəkil alır və  dərini tamamilə və ehmalca təmizləyir.

Alma sirkəsindən istifadə edin

İstər inanın, istər də  inanmayın.  Bu güclü vasitə həm cildinizi təravətləndirir, həm pilinq edir, həm də qara nöqtələrdən xilas edir, sızanaqların qarşısını alır.  Alma sirkəsi dərini ölü hüceyrələrdən təmizləməklə qalmır, eyni zamanda tarazlayır və sızanaqları yatırdaraq sağaldır. Alma sirkəsini su ilə qatın və bir makiyaj pambığı ilə  tonik kimi tətbiq edin. Ancaq qoxusu heç də hər kəs üçün xoş olmaya bilər.

Kağız maska tətbiq edin

Kağız maskalar yalnız İnstaqram selfilərinizdə yaxşı görünməniz üçün deyil, eyni zamanda dərini də ciddi mənada nəmləndirər. Yatmazdan əvvəl dərinizə sıx nəmləndirmə təsiri olan bir kağız maska tətbiq edin, səhər fərqi çox daha yaxşı anlayacaqsınız.

Duzlu qidalardan uzaq durun

Toya xüsusilə bir neçə gecə qaldısa, duzlu qidalardan uzaq dayanmaq vacibdir,  çünki duz bədənimizdə ciddi mənada şiş yaranmasına səbəb olur. Bu şişkinliyi yaşamağı heç istəməzsiniz.  Xüsusilə göz altlarında meydana gələcək qabarıqlıq əlavə olaraq yorğun görünmənizə səbəb ola bilər.


Yağlardan qorxmayın

Dəriyə qulluq yağlarından qorxmayın.  Yağlar dərinin xarici layını qoruyaraq, güclü bir antioksidant vəzifəsi yerinə yetirər və DNT-nin zədələnməsinin qarşısını alar. Əla nəticə üçün yağı kremin altından sürtün. Tətbiq edəcəyiniz yağı seçərkən arqan, kahı yağı kimi komedogenik bir yağ olmamasına diqqət edin. 

C vitaminini unutmayın (xüsusilə də göz ətrafınızda)

İşıltılı, parlaq  dəriyə sahib olmağın yollarından biri də bilinən ən köhnə üsullardan olan C vitamini istifadəsidir. Bu super təsirli tərkib tünd ləkələri yox edərək dəri tonunu bərabərləşdirir və parlaq dəri görünüşü yaradır. Bu təsirə kim xeyr deyə bilər ki? C vitamini tərkibli  göz kreminizi ehmalca masaj hərəkətləri ilə bütün göz ətrafınıza tətbiq edin. C vitamini göz altı göyərmələri parlaqlaşdırır, edəcəyiniz masaj hərəkəti gözü səhər meydana gələ biləcək göz altı şişkinliklərindən minimum azad edir.   

Nəmləndirin

Dəridəki suyun azalması mənasını verən dehidrasiya ilə  mübarizəyə hazırsınızmı? Susuz qalmış dəri qızarıq, iltihablı və solğun görünə bilər. Dehidrasiya  qırışıqların dərinləşməsinə də səbəb olar. Dərini həm içəridən, həm xaricdən dəstəkləmək lazımdır. Əgər su içməkdə çətinlik çəkirsinizsə,  seçiminizi detoks təsiri də yaradan yaşıl tərəvəz sularla əvəz edə bilərsiniz. Təbii, sıx nəmləndirmə təsiri olan dəriyə qulluq maskası tətbiq etmək də əsas şərtdir!

Sızanaqlarınızı sıxmayın

Texniki olaraq hamımız bu qaydanı bilirik,  amma əməl etmirik. Yaxşı, sızanaqları sıxdığımız zaman əslində nə baş verir? O bölgəni daha da alovlandırmış və yaxşılaşmasını da gecikdirmiş oluruq. Dırnaqları dəriyə batırmaq dəridə qalıcı izlərə səbəb olur. Sızanaqları sıxmaq yerinə  yaxşılaşmasına kömək olacaq laktik turşu və probiotiklə zəngin qatıqdan istifadə edə bilərsiniz. 

Dərinizi artıq yağlardan təmizləyin 

Kosmetik dünyasının əhəmiyyətli inovasiyalarından olan yağəmici bantlar, dəridəki çox yağı həmin dəqiqə  əmmək və dərini matlaşdırmaq üçün möcüzə bir variantdır. Dərinizin həddindən artıq yağlanıldığını hiss etdiyinizdə və çox parladığını düşündüyünüzdə bu bantlarla problemi ortadan qaldıra bilərsiniz.

Üzünüzə  toxunmamağa çalışın

Bu maddəni dəriyə qulluqda  qızıl qayda kimi qəbul edin. Əllərimizdəki çirk və bakteriyalar dəridə iltihaba və sızanaqlara yol aça bilər. Bəzi vəziyyətlərdə dərinizə əllə müdaxilə etmək olar, amma  dəriyə təzyiq məsamələrin tıxanmasına səbəb olur. Əgər mütləq üzünüzə toxunmaq vacibdirsə,  əllərinizi yaxşıca yuduğunuzdan əmin olun.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

01-03-2022