Toyunuz yaxınlaşır, amma hələ də artıq çəkinizin olduğunu düşünürsünüz.
TurpKimi.com türk mediasına istinadla diyetoloq Ayça Kayadan evlilik ərəfəsində olanlara bir həftəlik pəhriz siyahısını təqdim edir:
Gəlinlik pəhrizi
Bazar ertəsi
Səhər: 1 dilim çörək, 1 dilim ağ pendir, bol pomidor və xiyar
Ara Pay: 1 ədəd meyvə
Günorta: 100 qram yağsız ətli salat, 1 kasa yağsız qatıq, 1 kasa şorba
Ara pay: 1 ədəd meyvə, 2 qoz, 6 fındıq və ya badam
Axşam: 7 yemək qaşığı ətsiz tərəvəz yeməyi, 1 dilim çörək, bol salat, 1 kasa yağsız qatıq
Çərşənbə axşamı
Səhər: 1 kəpəkli tost, bol pomidor, xiyar və bibər, 5 ədəd zeytun
Ara Pay: 1 ədəd meyvə, 1 kasa yağsız qatıq
Günorta: 1 kasa yağsız qatıq, bol yağsız salat, 1 dilim çörək
Ara pay: 1 ədəd meyvə, 1 kasa yağsız qatıq
Axşam: 7 yemək qaşığı ətsiz təzə lobya, 1 dilim çörək, bol salat, 1 kasa yağsız qatıq
Çərşənbə
Səhər: 2 dilim çörək, 1 dilim ağ pendir, bol pomidor, xiyar və bibər, 5 ədəd zeytun
Günorta: 1 ədəd meyvə, yarım paket pəhriz biskvit, 2 yemək qaşığı yağsız qatıq
Axşam: 1 dilim çörək, 7 yemək qaşığı ətsiz balqabaq yeməyi, bol salat, yarım kasa yağsız qatıq
Cümə axşamı
Səhər: 1 dilim çörək, 1 pörtmüş yumurta, bol pomidor və xiyar
Günorta: 1 ədəd bol yaşıl rəngli, yəni yaşıl tərəvəzlərlə zəngin sendviç (toyuqlu, ton balıqlı, pendirli), 1 stəkan ayran
Axşam: 7 yemək qaşığı ətsiz yemək, 1 dilim çörək, bol salat, 1 kasa yağsız qatıq
Cümə
Səhər: 1 yumurtalı, pendirli omlet, 1 dilim çörək, bol pomidor, xiyar və bibər, 5 ədəd zeytun
Günorta: 4 ədəd qızardılmış kotlet, bol yağsız salat, 1 dilim çörək
Axşam: 7 yemək qaşığı ətsiz təzə lobya, 1 dilim çörək, bol salat, 1 kasa yağsız qatıq
Şənbə
Səhər: 2-3 yemək qaşığı herkules, 1 stəkan ayran
Ara Pay: 1 ədəd meyvə, 4-5 badam
Günorta: Ətsiz tərəvəz yeməyi, 1 kasa yağsız qatıq
Ara pay: 1 ədəd meyvə, 2 qoz, 6 fındıq və ya badam
Axşam: 4-5 qaşıq bolqar plovu, bir parça ət
Bazar
Səhər: 1 dilim çörək, pomidor-yumurta çığırtması
Ara Pay: 1 ədəd meyvə
Günorta: Qızardılmış balıq, bol salat
Axşam: 7 yemək qaşığı ətsiz tərəvəz yeməyi, 1 dilim çörək, bol salat, 1 kasa yağsız qatıq
Vüsalə Əlövsətqızı, TurpKimi.com