Gənc insanlarda insultun SƏBƏBLƏRİ


İnsult "cavanlaşır"...

genc-insanlarda-insultun-sebebleri
23.07.2024 00:16 1 dəq oxuma

“Gənclərdə insult anevrizma səbəbindən baş verə bilər”.

TurpKimi.com xəbər verir ki, bu haqda nevroloq Yuliya Valuyskaya “Gazeta.Ru”ya müsahibəsində danışıb. Onun sözlərinə görə, psixi pozğunluqlar da insult riskini artırır.

“Uşaqlarda və gənclərdə əsas səbəb damar qüsurlarının və ya anevrizmaların kortəbii qopmasıdır. Həmçinin maddələrin toksiki təsiri fonunda damar divarının strukturunun və xassələrinin pozulması nəticəsində damarın qopmasıdır”, - həkim izah edib.

Həkim qeyd edib ki, damarların qopması riski psixi pozğunluqlar fonunda, məsələn, narahatlıq, depressiya və panik hücumlar fonunda artır. Buna görə də psixi pozğunluqları vaxtında aşkar etmək və onlarla işləmək vacibdir.

Firuzə Alimova / TURPKİMİ.COM