Yeni trendlər, gözqamaşdıran dekorasiyalar, sosial şəbəkələrdəki şəkillər, sevgi hekayələri....
Bütün bunlar gənc cütlüklərin toy xərclərini daha da artırmasına sürükləyir. Üstəlik ev, cer-cehiz hazırlıqlarının stressi də bir yana. Hələ böyüklərin kaprizləri....Toydan sonra bir də üzərinizə yığılan borclar...Bəs bütün bunları etmək vacibdirmi? Əlbəttə ki, yox. Siz də kiçik bir toy edərək əvvəl özünüzü sonra da ətrafınızı xoşbəxt edə bilərsiz.
Çox pul xərcləmədən möhtəşəm toy keçirmək mümkündür.
TurpKimi.com bunun üçün sizə bəzi ipucları təqdim edəcək:
Toy siyahısını qısa tutun
Kiçik bir toy təşkil edəcəksinizsə, ailənizi və ən yaxın dostlarınızı çağırmağınız kifayətdir. Bu da dəvətli siyahısının 90 faizinin olmayacağı mənasına gəlir. Çox adamı siyahınızdan çıxardığınız üçün insanlar da sizi anlayışla qarşılayacaq. Beləliklə, toylarda tanımadığınız insanlarla da danışmaq məcburiyyətində qalmayacaqsınız.
Özünüz dekorasiya edin
İnternetdə bəyəndiyiniz dekorasiya məhsullarını və ya Instagramda gördüyünüz masa aranjemanı satın ala bilərsiniz. Qəşəng bir yemək masası və ya rəqs etmək üçün qəşəng dekorasiya təşkil etmək pulunuzun böyük bir hissəsini cibinizdə qoyacaq.
İstədiyiniz kimi geyinin
Ən yaxın dostlarınızla keçirəcəyiniz toyda qonaqların sizdən elə də böyük gözləntisi olmayacaq. Siz də, dostlarınız da istədiyinizi geyinə bilərsiniz.
İstədiyinizi edin
Möhtəşəm bir tort, xəyalınızdakı çiçəklər, foto kabinə və mahnı siyahıları...Kiçik toy etməyiniz bunların olmayacağı anlamına gəlmir. Toyunuza az adamların dəvət edilməsi xəyal etdiyiniz toya daha çox pul xərcləyəcəyinizə kömək edəcəkdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com