Geni dəyişdirilmiş qidalarla insan genini necə məhv edirlər? - Qlobal qida terroru və milli təhlükəsizlik - ARAŞDIRMA


Dünya inkişaf edir, əhali artır və təbii olaraq qidaya tələb də yüksəlir.

geni-deyisdirilmis-qidalarla-insan-genini-nece-mehv-edirler
13.04.2022 19:06 15 dəq oxuma

Müxtəlif hesablamalara görə, düzgün bölüşdürüləcəyi halda indikindən daha çox əhalini təmin edə biləcəyi halda ədalətsiz bölünmə nəticəsində qida ehtiyatları planetdəki bütün insanların ehtiyacını ödəmir.

Hesablamalara görə, təkcə ABŞ və Britaniyada zibilliyə atılan yararlı qidalar 1 milyarda yaxın adamı təmin edə bilər ki, dünyada da elə bu qədər adama qida çatmır. Bunu əldə bayraq edən bəzi transmilli şirkətlər biotexnologiya imkanlarından istifadə edərək məhsul bolluğu yaratmağa çalışdıqlarımı bəyan edirlər. Lakin hələ 300 milyon nəfər acın olduğu keçən əsrin ortalarında bu texnologiya vasitəsilə dünyada acılığın kökünün kəsiləcəyini iddia etsələr də, hazırda dünyada acların sayı 850 milyondur. Demək aclığın kökü kəsilmək əvəzinə 3 dəfə artıb. Üstəlik, bu texnologiya daha dəhşətli bəlanı özü ilə gətirir. Bu yazıda həmin bəladan danışacağıq.

GMO nədir, necə yaradılır?

GMO- Genetik modifikisiya olunmuş məhsullar bir orqanizmdən digərinə DNT köçürmək, yaxud, bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsi ilə dəyişdirilməsi deməkdir. Orqanizmdəki hər hansı bir funksiya, ya da bir xüsusiyyət genetik olaraq dəyişdirilə və ya genetik modifikasiya ilə başqa bir orqanizmdə fəaliyyət göstərə bilər. GMO-nun yaradılması üçün əvvəlcə bir hüceyrədən sözügedən geni əldə etmək lazımdır. Daha sonra bu gen əvvəlcədən seçilmiş orqanizmdə çoxaldılır. Orqanizm artıq bu yeni geni istehsal etməyə başlayır.

GMO-nu yaradanlar və təbliğ edənlər onun bəşəriyyət üçün yararlı olduğunu iddia edirlər. Belə ki, gen dəyişdirilməsi sayəsində məhsullar daha gözəgəlimli və dözümlü hala gətirilir. Həqiqət isə ondan ibarətdir ki, bu məhsulların istehlakı nəticəsində dünyada adı tibb elminə məlum olan və ya olmayan bir çox xəstəliklərə düçar olan insanların sayı hər dəqiqə daha çox artır.

Bu gün Amerika, Kanada, Argentina, Avstraliya, Çin ve Cənubi Afrika başda olmaqla bir çox dünya ölkəsində geni dəyişdirilmiş bitkilər istehsal edilir. GMO-nun qadağan edildiyi ölkələr də az deyil, Belarus, Tayland, Yeni Zellandiya, İtaliya, Fransa, İsveç kimi ölkələr də var ki, bu məhsulların ölkəyə giriş və çıxışına, istehsal və istehlakına qadağa qoyulub. Azərbaycan da öz əhalisinin genefondunu və sağlamlığını qorumaq üçün belə qadağalar tətbiq edib.

Artıq bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Bir çox ölkələr insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını qadağan edib.

Qeyd edək ki, hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO mənşəli məhsullarla qidalandığı ehtimal olunur. Dünya əkinlərinin isə azı 30 faizində trasgen toxumlar əkilir.

Genetik strukturun dəyişməsi nəyə gətirib çıxarır?

Elmi araşdırmalara görə, geni dəyişdirilən məhsullar insanın immun sistemini zəiflədir. Bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Adi bir fakt- gen mühəndisliyinin geniş inkişaf etdiyi ABŞ-da əhalinin 70 faizi allergiyadan əziyyət çəkir. GMO-nun qadağan edildiyi İsveçdə isə, belə şəxslərin sayı əhalnin cəmi 7 faizini təşkil edir.

Bir neçə il əvvəl Fransada aparılmış elmi təcrübə GMO qarğıdalının xərçəng törətdiyi sübut olundu. Rusiyada, Almaniyada və sair ölkələrdə də belə araşdırmalar aparılıb və trasngen məhsuların ciddi xəstəliklərə səbəb olduğu ortaya çıxıb.

Genetik təcavüzə məruz qalmış bu məhsullar insan orqanizminin bioloji vəziyyətini və genetik strukturunu dəyişir. Bu sonrakı nəsillərdə özünü daha çox biruzə verir. Bir çox alimlər sonsuzluq hallarının artmasını və digər təhlükəli xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri kimi GMO-nu qeyd edirlər.

GMO təkcə insanın deyil, təbiətin də bioloji strukturunu dəyişir. Bitkilərə müxtəlif heyvan, hətta insan genləri calaşdırmaqla onları təbii vəziyyətindən çıxarırlar. Nəticədə həmin bitki təbii mineral, vitamin və s orqanizmə yararlı olan maddələrdən məhrum olur, yalnız çox məhsul vermək və uzun müddət saxlanmaq imkanı qazanır.

Dünyada biznes maraqları hər şeydən üstün olduğundan əsas məsələ budur- tez, az xərclə, çoxlu və davamlı pul qazanmaq. Qlobal şirkətlər GMO ilə immunitet sistemi çökdürülmüş, bioloji olaraq xəstələndirilmiş insanlara çox sayda bahalı dərman növlərini satmaqdan daha çox gəlir götürülür.

GMO immuniteti zəiflədərək bütün mümkün qorxulu xəstəliklər üçün qapıların açılması deməkdir. Həm də söhbət təkcə fiziki xəstəliklərdən getmir. GMO psixologiyanı, şüuru, insani hissləri belə dəyişdirmək gücündədir.

Ən çox nəyin geni dəyişdirilir?

Hazırda dünyada geni dəyişdirilmiş çox növdə məhsul var. Qarğıdalı, pomidor, kartof, düyü, soya, buğda, balqabaq, günəbaxan tumu, fıstıq, pomidor və bəzi nadir tapılan balıq növləti bu məhsulların başında qərarlaşır. Bunlardan əlavə hazırda banan, moruq, çiyələk, gilas, ananas, bibər, qovun, qarpız da gen dəyişdirilməyə məruz qoyulur.

Qarğıdalı və soya geni dəyişdirilmiş məhsulların başında yer aldığı üçün bu bitkilərdən istehsal edilən törəmə məhsulların istifadə edildiyi bütün məhsullar GMO hesab edilir. Yəni, daha açıq desək, qarğıdalı və soyadan əldə edilən yağ, un, nişasta, qlükoza, zaxaroza, fruktoza tərkibli bütün qidalar GMO-lu hesab edilir. Deməli, bu məhsullardan istifadə edilərək hazırlanan peçenye, pudinq, bitki yağları, uşaq qidaları, konfetlər, şokalad, hazır şorbalar, qidası qarğıdalı olan toyuqlar və s. də GMO-lu olur.

“McDonalds” və bu kimi digər “fast-food” şəbəkələrinin menyusunun bəzəyi olan hamburger, hot-doq və digər yeməklərdə və şirniyyatlarda istifadə edilən qidalar tamamilə transgen məhsullardır.

Qəribə burasıdır ki, indi bir çox gənc bilmir ki, hansı meyvə hansı fəsildə yetişir, çünki ilin hər fəslində istənilən meyvəni tapmaq mümkündür.


GMO-ya qarşı beynəlxalq mübarizə

Dünyada problemin qarşısını almaq üçün çoxsaylı sənədlər qəbul olunub. Bu sənədlər sırasında 1992-ci ildə qəbul olunmuş “Biomüxtəlifliyə dair konvensiya”nı, bu konvensiyadan irəli gələn 2000-ci ildə qəbul edilmiş və 2005-ci ildə Azərbaycan parlamenti tərəfindən də ratifikasiya edilmiş “Kartagen protokolu”nu göstərmək olar. Protokolu ratfikasiya etmiş dövlətlər onun tələblərinin həyata keçirilməsi məsuliyyətini üzərlərinə götürürlər. Belə ki, genetik modifikasiya olunmuş orqanizmlərin yayılmasına, genişləndirilməsinə, risklərinin qiymətləndirilməsinə və azaldılmasına nəzarət edirlər. Protokolda “Bioloji təmizlik evi” deyilən paltformadan istifadə olunur. Kartagen protokolunu ratifikasiya etmiş 153 dövlət bu sahədə gördükləri işlər barədə bu platformada məlumat yerləşdirirlər.

Bundan başqa dünya ölkələrində ictiami müqavimət də güclüdür. 9 fevral 2010-cu ildə 26 ölkəni təmsil edən 233 istehlakçı və fermer qrupu “Definitive Global Rejection of GM Wheat” protokolu ilə etiraz kompaniyası təşkil etmiş, dünya xalqlarını və fermerlərini bu etiraza qoşulmağa çağırmışlar. Bundan sonra bəzi ölkələrdə GMO qadağan edilmişdir.

Azərbaycanda GMO ilə bağlı vəziyyət necədir?

GMO məhsullar Azərbaycana 90-cı illərin əvvəllərindən ayaq açıb. Mütəxəssislərin dediyinə görə, hazırda Azərbaycanda qarpız, pomidor, çuğundur və sair məhsulların çoxundan toxum götürmək mümkün deyil. Azərbaycana GMO toxumlar isə ən çox Amerikadan gətirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunla qadağan edilməsinə baxmayaraq ölkəmizdə GMO bitkiçiliyi çoxdan tətbiq olunur: “1998-ci ildən Azərbaycanda GMO məhsulları yetişdirmək üçün “raondat” adlı maddə satılır. Əgər bu maddə bizdə satılırsa, bu o deməkdir ki, ölkədə genetik modifikasiya olunmuş bitkiçilik də var. Bu maddə təbii olaraq Azərbaycanın biomüxtəlifliyinə mənfi təsir edir, təbiətin harmoniyasını pozur. Elə meyvə-təvəz əkmək lazımdır ki, kəndli ondan gələn il üçün toxum tuta bilsin. GMO-nun toxumu tutulmur”.

AİB sədri deyir ki, ölkədə GMO tərəvəzlərin payı çox yüksəkdir: “Azərbaycanda soya tam, qarpız növlərinin 90 faizi, kartofun təxminən 40 faizi, günəbaxan, çuğundur və pomidorların 70-80 faizi GMO mənşəlidir. Mağazalarda satılan sarı düyülər də GMO-dur. Çünki onların toxumlarından növbəti il toxum çıxmır. Bu siyahını davam etdirmək də olar”.

Məlumat üçün bildirək ki, GMO məhsulların idxalının və istehsalının qarşısını almaq üçün mövcud qanunlarda müddəalar var. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və sair qanunlarda göstərilib ki, geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsi, istehsalı və satışı qadağandır.

Qeyd edək ki, əhalinin ekoloji təmiz məhsulla təminatının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən müvafiq proqram da təsdiqlənib. Həmin proqrama görə GMO məhsullarının Azərbaycana gətirilməsinə qadağa qoyulub.

Niyə hansısa xarici şirkətdən asılı vəziyyətə düşməliyik?

Gen mühəndisliyinin kənd təsərrüfatını yeni müstəviyə qaldırmaq imkanında olduğu iddia edildiyindən ölkələr ərzaq təhlükəsizliyini bu yolla təmin etmək istəyirdilər. Lakin ölkələrin əksəriyyəti bu texnologiyadan bəhrələnmək imkanında olmadığından monopollaşma bu sahədə çox sürətlə baş verdi. Bu ölkələr digər ölkələrin ərzaq təhlükəsizliyinə tam nəzarət etmək məqsədi güdürlər. GM edilmiş orqanizmlərin məhsullarını, toxumlarını bütün dünyada yaymaqla, ölkələri özlərindən asılı vəziyyətə salırlar. Bu isə milli və dövlət təhlükəsizliyi cəhətdən son dərəcə təhlükəlidir.

Həmin korporasiyalar bir il toxum verməsə bizim kənd təsərrüfatı çox ağır vəziyyətə düşə bilər. Ölkəmizin böyük təbii potensialı var, milyard tonlarla təbii kübrə var, münbit torpaqlar, gözəl iqlim şəraiti, məhsuldar təbii toxumlar var. Maraqlıdır, bu halda biz niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik?

Buna görə də, respublikada ölkə başçısının tapşırığı ilə toxumçuluq təsərrüfatlarının yaradılmasını və yerli toxum bazasının qorunub saxlanması istiqamətində digər addımları təqdirəlayiq hesab etmək lazımdır. Biz yerli toxumlarımızı sıradan çıxarılmasına imkan verməməliyik.

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda bitkilərimizin genləri qorunur. Orada zəngin genefond var. Bu İnstitut milli sərvətimizdir və ona yaxşı imkanlar yaradılmalıdır. Yerli təbii toxumlar artırılmalı və geniş tətbiq edilməlidir. Bəs istehlakçılar özünü və ölkəsini necə xilas edə bilər?

-Yerli və təbii məhsullarından istifadə etmək;

-Üzvi kübrələr və təbii yolla becərilən məhsulları almaq;

-Süni ərzaq əlavələrindən və şirinləşdiricilərindən uzaq durmaq- bu məhsulların əksəriyyəti, GMO məhsullardan hazırlanır.

-Markerləşdirilmiş (nişanları olan) məhsulları istifadə etmək- üzərində GMO haqqında məlumat olmayan məhsullara sübhə ilə yanaşmaq.

Bəs GMO ərzaq məhsullarını necə ayırd etmək olar? Geni dəyişdirilmiş məhsulları tanımaq üsulları;

-Çox parlaq, qüsursuz, yarasız, qurdsuz olur

-Normadan böyük olur

-Normal meyvə-tərəvəzdən bərk və dözümlü olur

-Hamısı bir ölçüdə, bir görünüşdə olur

-Günlərlə, bəzən aylarla isti yerdə qalsa belə yumşalmır, çürümür

-Üzəri sanki mumiyalanıb, sürüşkən və yağlı olur

-Mövsümü olmadığı halda satılır

-Pomidor, bibər, xiyar kimi tərəvəzlərin tumu çox az olur və ya heç olmur

-Pomidor, çiyələk, armud kimi yumşaq meyvələrin daha sərt, dişləndikdə bərk səs çıxarır

-Normal rəngindən əlavə rəngi olan meyvələr (pomidorun və çiyələyin qabığının iç tərəfində ağ zolaq)

-Təbii qoxusu olmur.

GMO-nun təhlükəsi haqda bəzi elmi faktlar

Dünyanın nüfuzlui elmi mərkəzlərində GMO məhsulların təhlükələrini sübut edən xeyli elmi araşdırma aparılıb və dünya mediasında yımlanıb. Burada onlardan bəzilərini qeyd edəcəyik (bundan sonrakı hissədə kayzen.az saytında dərc olunmuş elmi məqalədən istifadə edilib).

GM edilmiş orqanizmlərin təhlükəliliyi haqqında ilk həyəcan təbili çalanlardan biri Amerika alimi Natan Batalion olmuşdur. O, bu məsələni ətraflı araşdıraraq GM edilmiş orqanizmlərin və onların məhsullarının 50 zərərli effekti haqqında kitab da yazmışdı. Onun sonda gəldiyi nəticələr dünya alimlərinin bu məsələ haqqında fikirlərinin ziddiyətli olmasına baxmayaraq, böyük maraq doğurmuşdur.

GM edilmiş soyanın zərərli olduğunu siçanlarla apardığı ciddi elmi təcrübələrlə sübut etmiş Rusiya alimi İrina Yermakava 2005-ci ildə The National Association for Genetic Security-NAGS-ın təşkil etdiyi konfransda məruzə edib. Onun məruzəsindən sonra bu məsələyə münasibət dəyişdi və dünyanın bir çox ölkələrində geniş elmi araşdırmalara stimul yarandı.

Dünyanın məhşur bioloqlarından olan Dr. Puşpa Bargava maraqlı bir araşdırma aparıb. O, Amerikanın 600-dən çox elmi-tibbi jurnalında nəşr olunan məqalələri analiz edərək belə bir nəticəyə gəlir ki, amerikalıların sağlamlığı genetik modfokasiya edilmiş məhsulların və qidaların yaranmasından keçən dövr ərzində ciddi şəkildə pisləşməyə doğru gedib.

1989-cu ildə onlarca amerikalı, qidaların tərkibinə qatılan və Eosinofilia milagiya sindiromuna (EMS) qarşı işlədilən və L-tritofanın genetik modifikasiya edilmiş variantının ərzaq məhsullarının tərkibində işlədilməsi səbəbindən ölmüş və minlərlə insan əlil olmuşdur.

Müəyyən edilmişdir ki, indi Amerika əhalisinin 25%-i ərzaq məhsullarına qarşı həssas olmuşlar, onlarda daha tez-tez qaşınmalar və qırmızı səpkilər olur, 4%, yəni 13 milyon insan ciddi allergiya xəstəliyindən əziyyət çəkir, onların qanında İmmunoglobulin E və ya İgE yüksəkdir. 6%-7% üç yaşına qədər olan uşaqlarda qidadan allergiyanın səviyyəsi çox yüksəkdir və bu, ilbəil artır.

1996-cı ildə Pioneer Hi-Bred kompaniyası mentionin zülalının miqdarını artırmaq üçün Braziliya qozunun genini soya bitkisinə köçürtdü. Bu qoza qarşı bəzi adamlar şok vəziyyətinə düşmə dərəcəsinə qədər allergik oldular. Xoşbəxtlikdən bu soyadan alınan məhsullar bazarlardan tezliklə yığışdırıldı və bədbəxt hadisələrin qarşısı alındı.

Dərin və ətraflı elmi təcrübələr və qarğıdalı ilə məşğul olan insanlarda aparılan yoxlamalar sübut edir ki, qarğıdalıda GMO Bt allergendir. GMO kartof, noxud və soyalar allergenlərlə zəngindir. Siçanlar üzərində aparılan təcrübələrdə GM edilmiş noxudun yüksək allergen olduğu sübut edildi. 1999-cu ildə York laboratoriyasında GM edilmiş soyadan alınan məhsulların allergen olduqları sübut edilmiş və soyanı ilk 10 allergen siyahısına daxil etmişlər.

Xərcəng və degenerativ xəstəliklərdə də GMO-nun ciddi rolu var Inəklərdə südün məhsuldarlığını artırmaq üçün 1993-cü ildə FDA Monsantonun yaratdığı rBGH genini daha da yaxşılaşdırdı. Bu genin inəklərə yeridilməsi südün məhsuldarlığını bir neçə dəfə yüksəltdi. Lakin alimlər xəbərdarlıq etdilər ki, bu gen İGF-1 hormonunun miqdarını 70-1000% artırır. İGF-1 hormonu çox güclü kimyəvi maddədir və insanların yoğun bağırsağında, prostat vəzində və döşdə xərçəng riskini 2,5-4 dəfə yüksəldir.

Kanada alimləri siçanlar üzərində apardıqları təcrübədə İGF-1 hormonunun qalxanabənzər vəzdə toplandığını və daxili orqanları sıradan çıxardığını sübut etmişlər. FDA-nın öz təcrübəsində göstərmişlər ki, bu hormonun təsirindən dalaq 40-46% böyüyür və bu isə leykomiyanın əmələ gəldiyinə işarədir. Nəticədə Avropa İttifaqı, Kanada, Avstraliya və Yeni Zelandiya rBGH geninin inəklərə yeridilməsini qadağan etdi.

BMT-nin beynəlxalq standartlar bürosu (Codex Alimentarius) rBGH geninin yeridilməsinə patenti ləğv etdi və nəhayət ABŞ da 2008-ci ildə bunu qadağan etməyə məcbur oldu. Başqa bir tərəfdən, GM edilmiş bitkilər kanserogen hesab edilən herbisidlərə davamlı orqanizmlərdir.

Bir necə il bundan əvvəl alimlərə məlum olmuşdur ki, qida məhsullarına əlavə edilən konservantların birlikdə göstərdiyi toksik effekt onların ayrı-ayrı toksikliyindən bir neçə dəfə çoxdur. Hətta toksik olmayan bir neçə kimyəvi maddənin kombinasiyası toksik effekt yaradır. Məsələn, sərinləşdirici içkilərdə tapılan askorbin turşusu və benzonat natrium birləşməsi benzine əmələ gətirdiyindən və bu yüksək dərəcədə kanserogen hesab edilir və xərcəng yaradır. Kanserogen maddələr genetik mutasiyaların intensivliyini və xərçəng hüceyrələrinin əmələ gəlmə riskini artırır.

GMO virusları və infeksion xəstəlikləri artırır

Viruslar digər virusların və retrovirusların genlərinə qarışa bilir, məsələn, HİV virusu. Bu zaman elə təhlükəli viruslar əmələ gələ bilər ki, onların yayılma sürəti ağılagəlməz dərəcədə böyük olar. Araşdırmaların birində bu tip virusun 8 həftəyə əmələ gəldiyi göstərililir. Bu təcrübənin nəticələrinə əsaslanaraq demək olar ki, genlərin qarışması nəticəsində onların elə kombinasiyaları əmələ gələ bilər ki, nəticədə yeni, heç kimə məlum olmayan çox təhlükəli viruslar yarana bilər. Gen mühəndisliyi zamanı məhz genlərin qarışdırılması prosesi baş verir və belə qarışmış genlər GMO-da külli miqdarda olur.

Yolxucu xəstəliklərin yüksəlişi. 1998-ci ildə The Microbial Ecology in Helth and Disease jurnalında verilən məlumata görə, gen mühəndisliyi infeksion xəstəliklərin artmasında mühüm rol oynayır. Bu, bir neçə üsulla baş verir. Antibiotiklərə davamlılıq GMO-ların hesabına getdikcə artır, yeni və əvvəllər məlum olmayan virus ştamları yaranır və həmçinin insanlarda immun sistemi zəifləyir. Nəticədə infeksion xəstəliklər çoxalır.

Kanada və Avropa İttifaqı rBGH hormon geninin inəklərə yeridilməsi prosedurunu qadağan etmişdir. Bunun əsas səbəblərindən biri də doğulan körpələrdə defektlərin artması olmuşdur. Cornucopia İnistitute Research alimlərinin təcrübələrindən aydın olmuşdur ki, adi soya ilə qidalanan siçanlarda doğuşdan sonra balaların ölümü 10% olursa, GM edilmiş soya ilə qidalanan siçanların balalarının əksəriyyəti doğuşdan sonra 3 həftə ərzində qırılır. GM edilmiş soya ilə qidalanan siçanların balaları nisbətən kiçik olur və onların sonradan bala verməsi mümkün olmur.

Amerika Səhiyyə Departamentinin 2009-cu il 20 tarixli may hesabatında göstərilmişdir ki, doğulan uşaqların getdikcə cəkisi azalır, sonsuzluq və uşaq ölümü faizi getdikcə güclənir. Bu göstəricilərə əsaslanaraq American Academy of Enviromental Medicine (AAEM) həkimlərə təklif etmişdir ki, onlar öz pasiyentlərinə GM edilmiş ərzaqlardan istifadə etməməyi tövsiyə etsinlər. Onlar GM edilmiş ərzaqlara moratorium qoyulmasını, məhsulların markerləşməsini tələb etdilər. AAEM-in gəldiyi nəticələrə görə, GM edilmiş məhsullarla qidalanma immun sisteminin zəifləməsinə, vaxtından əvvəl qocalmaya, sonsuzluğa, insulindən asılılığa və həzm orqanlarının patologiyasına səbəb olur.

Torpağın zəhərlənməsi. GMO əkinlərinin dərmanlara daha az ehtiyacının olduğu vurğulanırdı, lakin bu da əksinə oldu. R.J.Goldburqun məqaləsində göstərilir ki, GM edilmiş bitkilərin yaradılması ilə paralel olaraq toksik maddələrin istehsalı 3 dəfə artıb. GMO-dakı bakteriyalar torpaqda olan üzvi maddələri parçalayır, azotu mənimsəyən göbələkləri məhv edir, torpaqda olan azotu tamamilə mənimsəyir və beləliklə, torpağı tam steril vəziyyətə salır.

Nyu-York Universitetinin professoru Gunther Stotzky təcrübələlərində göstərmişdi ki, torpaqda mikroorqanizmlər azaldığından bitkilərin köklərindən ayrılan toksinlər Monarx kəpənəklərinin məhvinə səbəb olmuşdur. Oreqon alimlərinin təcrübələri göstərmişdir ki, GM edilmiş mikroorqanizmləri laborotoriyada torpağa əlavə etdikdə buğda cücərtilərini tamamilə məhv edir. Araşdırmalar göstərir ki, GM məhsulları faydalı həşəratların, o cümlədən monarx kəpənəyinin süfrələrinin kütləvi qırılmasına səbəb olur.

Isveçrənin Dövlət Tədqiqat mərkəzinin alimləri müəyyən etmişlər ki, pambıq qurdlarını yeyən qaytanqanadlıları Bt məhv edir. 1997-ci ildə New Scientist jurnalında verilən araşdırmalardan aydın olmuşdur ki, bal arılarının qırılmasına səbəb GM edilmiş bitkilərin güllərində olan zülallardır.

Virus promotoru (CaMV) qoşulmuş qaragülü DNT-si yeridilmiş kartofla aparılan tədqiqatlar göstərmişdir ki, bunlar məməlilər üçün də zəhərlidir. Bu kartoflarla qidalanan siçanlarda həyati vacib orqanlar, o cümlədən mədəaltı vəz və immun sistemi zədələnir. CaMV özü retrovirusdur. O aktiv olamayan virusları aktivləşdirə və ya yeni viruslar yarada bilir. Odur ki, bioloq Mae Wan-Ho belə bir nəticəyə gəlir ki, CaMV Promiscuosdur və tərkibində CaMV 35S promotoru olan bütün transgen bitkilər və məhsullar bazarlardan çıxarılmalı, onların açıq sınaq təcrübələri qadağan edilməlidir.

GMO əkinlər ətrafın da genetik zibillənməsinə səbəb olur

GM edilmiş bitkilərin ən təhlükəli effektlərindən biri onların ətrafda olan bitkilərə yoluxaraq onları genetik zibilləmələridir. Amerika və Almaniyada aparılan araşdırmalar göstərdi ki, bu bitkilərin çiçəklərinin tozları külək, su vasitəsilə, quşlarla, həşəratlarla yüzlərlə, minlərlə km məsafəyə yayıla bilir. Odur ki, Berlin məhkəməsində fermerlərin belə ağaclardan istifadəsi qadağan edilmişdi.

Tailandda “Monsanto”nun yaratdığı pambıq Bt-nin sınaqları qadağan edilib. Buna səbəb xalq təbabəti üçün 16 faydalı bitkinin genetik zibillənməsi olub.

Amerikada aparılan araşdırmalardan aydın olmuşdu ki, GM edilmiş çiyələklər onlardan 50 m aralıda bitən adi çiyələkləri genetik zibilliyə bilmişdir. GM edilmiş qarğıdalı sahələrinin yaxınlığında əkilmiş günəbaxanların 25-38%-də genetik zibillənmə müşahidə edilmişdi. Genetik zibillənmənin kimyəvi zəhərlənmədən fərqi odur ki, kimyəvi birləşmələr uzun müddətdən sonra bitkilərin orqanizmlərindən kənarlaşdırılır. Lakin genlərlə “zəhərlənmiş” bitkilərdə isə kənarlaşma çox çətin olur və ya heç olmur, hətta nəsildən-nəsilə ötürülə bilir.

Təhlükəli cəhətlərdən biri də ondan ibarətdir ki, GM edimiş tozcuqlar su ilə yayıldıqda onlar su bitkiləri və hətta balıqlar tərəfindən tutula bilir və nəticədə suyun flora və faunası da zibillənir. Bu cür genetik zibillənmənin nəticəsi sonda bioloji müxtəlifliyin məhvi deməkdir.

Qısası insanların və bütün canlı aləmin gen məbədinə toxunmaq çox ağır fəsadlara səbəb olur. Milli genefon zədələnir, təbiət məhv olur, torpaq zəhərlənir, üstəlik ölkənin sterateji iqtisadi təhlükəsizliyi də zərbə altına düşür. Ona görə də, fikrimizcə, Azərbaycan öz təbii resurslarına güvənərək, sağlam, təhlükəsiz və təbii ərzaq istehsalına üstünlük verməlidir. Bunun üçün bütün imkanlar var.

Xəbər verildiyimiz kimi, Qida təhlükəsizliyi haqda qanun layihəsi parlamentə təqdim olunub və 1-ci oxunuşdan keçib. Qanunun 25.1.2 maddəsində genetik mofifikasiya olunmuş orqanizmlərin istifadəsinə icazə verilməsi nəzərdə tutulur. Məhz bu maddəyə etiraz olaraq Sağlam Cəmiyyət Hərəkatı “GMO-ya “Yox!” deyək, gələcəyimizi qoruyaq” adlı ictimai kampaniya başladıb.

TVPRESS.AZ