Sakitləşdirici dərmanlardan qat-qat üstün və faydalı üsullar.
Gərginlik, narahatlıq, stress və taxikardiyanın simptomlarını yaşayırsınız? Tez-tez bu hallara düşürsünüzsə mütəxəssisdən kömək almağa və bununla yanaşı 7 təbii vasitədən istifadə etməyə çalışın.
1 – LAVANDA
Qədim zamanlardan bəri lavanda rahatladıcı xüsusiyyəti ilə tanınan bitki olub. Gözəl qoxusu sayəsində insanlar çimməzdən əvvəl ləyənə lavanda yağı damladardılar. Çox qalın olmayan parçalardan torba tikib, içinə lavanda doldurub yastığın altına qoya bilərsiniz. Həmçinin çimərkən ləyənin içindəki suya lavanda atmaq olar.
2 – REYHAN
Yeməklərdə çox istifadə olunan ətirli bitkidir, həzm sisteminə kömək edir. Əgər gərginlikdən dolayı qarın ağrısı yaşayırsınızsa, reyhan çayı rahat olmanıza kömək edəcək.
3 – BERQAMOT
Kolonya və ətirlərdə istifadə olunan berqamot efir yağı acı portağal ağacının qabıqlarından əldə edilir. Rahatlıq bəxş edən ətri ilə məşhurdur. Berqamot efir yağı gərginliyi təbii yolla azaltmağa kömək edir. Əgər ətrindən xoşunuz gəlirsə, parfümlərinizdə və ya yuyucu tozlarında berqamot ətrindən olanlara üstünlük verə bilərsiniz.
4 – GÜVEYİ OTU
Qədim tibdə güveyi otundan təbii antibiotik kimi istifadə olunurdu. Bu gün bir çox ölkələrdə güveyi otuyla yeməklər dadlandırılır. Lakin güveyi otu çayı gərginlik, narahatlıq və stresin simptomlarını aradan qaldırır. Əgər efir yağından istifadə etsəniz lavanda yağı ilə qarışdıraraq təsirini artıra bilərsiniz.
5 – PORTAĞAL
Ləzzətli, şirin və sərinləşdirici ətri olan portağal gərginliyin ən gözəl və təbii vasitələrindən biridir. Əslində narıncı rəngdə olan meyvələrin hamısı bu sahədə faydalıdır. Bütün qida maddələri və ətri qabığında olduğu üçün portağaldan istifadə məsləhət görülür. Qabığından bitki çayı hazırlamaq mümkündür.
6 – ÇOBANYASTIĞI
Çobanyastığı çayı gərgin və stresli vaxtlarda vəziyyətdən başa aça bilmək üçün mükəmməl vasitədir. Bu bitki çayı həm rahatladıcı özəlliyə sahibdir, həm də ağrıları azaldır. Ona görə də hər zaman əliniz altında olmasında fayda var. Hətta çobanyastığının efir yağından ev ətiri olaraq istifadə etmək olar. Hindistan qozu, badam, susam və jajoba yağı ilə qarışdırıb masaj yağı kimi istifadə edib rahatlanmaq mümkündür.
7 – MƏLƏK OTU
Həzmə kömək edən rahatladıcı xüsusiyyətə malikdir. Maraqlıdır ki, bu otdan Hindistanda epilepsiya kimi sinir sistemində pozulmalar müşahidə olunan xəsətlərin müalicəsində istifadə olunur.
Çin mələk otunun sakitləşdirici təsiri olduğu, gərginliyi, stressi, narahatlığı, yuxusuzluq və miqreni müalicə etdiyi qeyd edilir. Əgər bir bitkinin təsir gücünü artırmaq istəyirsinizsə, çayı çobanyastığı və portağal qabığı ilə birlikdə dəmləyin. Bu çayı daha dadlı etmək üçün bal qata bilərsiniz. Beləliklə, çox dadlı və sizi rahatladan qarışım əldə edəcəksiniz.
Firuzə Alimova / TurpKimi.com