Gəzərkən ağrı sizi  incidir? - Diqqət! “Vitrin xəstəliyi”nə tutula bilərsiz


Gəzərkən ağrı sizi narahat edirsə, bəzi nüanslara diqqət etməlisiniz. 

gezerken-agri-sizi-incidir
26.05.2022 13:19 2 dəq oxuma

TurpKimi.com türk mediasına istinadla ürək-damar cərrahı, mütəxəssis Prof. Dr. Soner Sanioğlunun açıqlamasını təqdim edir:

 Əgər gəzərkən sizi ağrı narahat edirsə, burda ciddiyə alınmalı bəzi məqamlar var. Damar sistemində yaranan damar sərtliyi probleminə ən çox  ürək, boyun və beyni qidalandıran damarlar və qıçlarda rast gəlinir. Bu xəstəyə görə dəyişir. Qıçda yaranan damar tıxanıqları  ən çox yeriyərkən yaranan ağrıyla  özünü göstərir. 

Siqaret çəkmək, yüksək xolesterol və ailəvi damar xəstəliyi  kimi risk faktorlarının olduğu xəstələrdə damar tıxanıqlığına rast gəlmək mümkündür. 

Qıç damarlarında yaranan ağrı ümumilikdə damar prblemlərinin əlaməti ola bilər.

Bu halda ürək və boyun damarları müayinə edilməlidir.  Qıç damarlarında problem yaşayan xəstələrin əksəriyyətində ürək damarlarında da narahatlıq yaranır.  Əgər yeriyərkən ağrı sizi dayandırırırsa,  bundan şübhələnmək və lazımi araşdırmalar aparmaq xüsusi əhəmiyyət daşıyır. Həmin ağrı gedərkən yaranır, bir az istirahət edərkən yoxa çıxır, sonra yenə hiss edilir. Adam ağrını hiss edərkən  ətrafına bildirməmək üçün vitrinə baxarmış kimi davranır. "Vitrin xəstəliyi" adını da buradan götürüb.  Bunun başqa səbəbləri də ola bilər, amma ən çox  damar narahatlıqlarına görə yaranır. 

Xəstədə yalnız yeriyərkən meydana gələn bir ağrı varsa, bu vəziyyət ictimai həyatını təsir etmirsə,  əvvəlcə dərman müalicəsi tətbiq edilir.  Dərman müalicəsində istənilən nəticə əldə edilməzsə, şar ya da stentlə damarlar açılır və ya cərrahi müdaxilə edilir. 


Hər damar tıxanıqlığında damarlar açılmır, müalicə edilir. Sanioğlu qeyd edirki, bu cür narahatlıq yaşanarsa xəstə özünə baxmalıdır, risk azaldıcı dərmanlardan  nizamlı istifadə edilməli və həyatında bəzi dəyişikliklər etməlidir.  Məsələn, xəstənin ürək-damar sistemi ndə tıxanıqlıq açılar, amma adam siqaret çəkməyə davam edərsə, dərmanlarını nizamlı istifadə etməzsə infarkt keçirmə riski yüksələr. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 19-12-2019