Gilası çox sevənlərdənsiz, yoxsa ehtiyatla yeyənlərdən?
Gilas antioksidantla zəngin olan meyvədir. Tərkibində A, K, C və B6 vitaminləri ilə birlikdə, kalium və maqnezium mineralları da var.
Faydaları nələrdir?
Şəkər xəstəsi olanların şəkərə olan ehtiyaclarını ödəməyə kömək edir. Digər şirin meyvələrlə müayisədə qlisemik indeksi aşağıdır. Bu da şəkər xəstələrinin gilas yemə riskini aşağı salır.
Əlbəttə, həddən çox yedikdə bəzi arzuolunmaz nəticələrə gətirib çıxarır. Ona görə də artıq yeyilmədikcə heç bir meyvə orqanizm üçün riskli olmaz.
Gilas orqanizmdəki artıq yağların əridilməsinə kömək edir.
Tərkibindəki antioksidantlar sayəsində beyində ortaya çıxacaq pozulmaların qarşısını alır. Alzheimer kimi xəstəliklərin qarşısını almaq xüsusiyyətinə malikdir.
Qan təzyiqi və xolestrolun səviyyəsini nizamlayır. İflic və infarkt riskini azaldır.
Qurudulmuş gilas sapından qaynadılaraq hazırlanan çay böyrəklər üçün faydalıdır. Sidik qovucudur və sidik yollarındakı infeksiyaları təmizləyir.
Davamlı olaraq içilən gilas suyu hüceyrələrin fəaliyyətini artırır.
Əzələlərdə meydana gələn ağrıları azaldır. Hətta bəzi atletlər yarışlardan 1 həfətə əvvəl gilas suyu içir.
Gilasın tərkibində yüksək miqdarda olan A vitamini gözlərin sağlamlığını qoruyur.
Gilasın zərərləri
Həssas dəriyə sahib insanlarda alergik reaksiyalara səbəb ola bilər.
Həddən çox yeyildikdə mədə bulanması və qusma kimi şikayətlər meydana gəlir.
Çox yeyildikdə yarana biləcək digər problem ishaldır. Gilasdan qaynaqlanan ishal problemi bir neçə günə sağalmasa, həkimə müraciət etmək lazımdır.
Orqanizmi həssas olan insanların mədəsində yanmaya və qıcqırmaya səbəb olur.
Firuzə Alimova / TurpKimi.com