Yatanda xasiyyətinizdən xəbər verən yuxu pozisiyaları...
Yuxu üzərində araşdırma və analiz aparan mütəxəssislərə görə, 6 yuxu pozisiyası var. Yatma formamızın isə yuxuya getməmiz və sağlamlığımız üzərində böyük təsirləri var.
6 yatış forması yuxuya təsir etdiyi kimi, insan xarakterindən də xəbər verir. Bunlar hansılardır?
FETUS
Yəni ana bətnindəymiş kimi qıvrılaraq yatmaq duyğusal, həssas qəlbə sahib olduğunuzu göstərir. Bu cür insanlar kimləsə görüşərkən utancaq ola bilərlər, ancaq qısa müddət ərzində rahatlanırlar. Araşdırmalarda 1000 nəfərdən 41 faizinin bu şəkildə yatdığı müəyyən olunub. Lakin qadınların kişilərdən 2 dəfə daha çox bu formada yatdığı məlum olub.
Qollar yanda DİK YATIŞ
İnsanların bir çoxu qollarını hər iki tərəfə sıxıb dik formada yata bilməz. Bu şəkildə yatanlar rahat, insanların sıxlığına vərdiş olan, yad insanlara güvənən sosial insanlardır. Buna baxmayaraq, bəzən asanlıqla aldana bilirlər.
YAŞLI duruşda yatmaq
Bu formada yatan insanlar təbii insanlardır. Şübhələnən, yaxşılığa şübhəylə baxan xüsusiyyətı daşısalar da, lakin kömək sevərdirlər. Adətən diqqət mərkəzində olmaqdan xoşları gəlmir.
ƏSGƏR yatışı
Bu insanlar sakit, səssiz, ağır və ağzı bütöv xarakterli kəslərdir. Lazımsız danışanlardan, ortalığı qarışdıran insanlardan xoşları gəlməz. Özlərini digər insanlardan yüksəkdə tuturlar.
Üzü aşağı SƏRBƏST DÜŞÜŞ yatışı
Cəmiyyət, çoxluq içərisində yaşamağı sevənlərdir. Başqalarından çox özlərinə dəyər verərlər. Bununla yanaşı, əsəbi, narahat və asanlıqla inciyən insanlar olurlar. Tənqid edilmələrini və ekstremal vəziyyətləri sevmirlər.
DƏNİZ ULDUZU yatışı
Bu insanlar hər zaman başqalarını dinləməyə hazırdırlar. Onlardan kömək istənildikdə kömək edərlər. Bu xarakterdə olan insanlar da diqqət mərkəzində olmağı sevməzlər.
Hansı formada yatmaq faydalıdır?
Sağlamlıq cəhətdən üzü aşağı yatmaq həzm sisteminin fəaliyyətini dayandırır. Dəniz ulduzu və ya əsgər formasında yatmaq xoruldamağa səbəb olur. Bu da insanların pis yatmasına gətirib çıxarır. Mədənin sıxılmadığı, asan nəfəs alınan düz yatmaq gecə boyu sağlamlığa faydalıdır. Bu zaman rahat yuxuya gedilir və xoruldamağı azaldır.
Hətta araşdırmalar zamanı bir çox insanın yuxu pozisiyasını dəyişdirməkdən xoşlanmadığı da aşkar edilib. Ona görə də insanların sadəcə 5 faizi gecələr fərqli formalarda yata bilir.
Firuzə Alimova / TurpKimi.com