İnsanların qorxularının elmi dildəki qarşılığı fobiyadır.İnsanın nədənsə qorxması normaldır. Amma elə qorxular var ki, adam eşidəndə dili ağzında quruyur.
TurpKimi.com bir-birindən maraqlı fobiya növlərindən bəzilərini oxucuların diqqətinə çatdırır.
Araknofobiya
Araknofobiya hörümçəkdən qorxanların sahib olduğu fobiya növüdür.
Statistikaya görə insanlarda ən çox rast gəlinən fobiyadır. Onlar ümumiyyətlə, hörümçəklərdən çox qorxarlar və onları görüncə panikaya düşərlər. Hörümçək qorxusu hər hansı bir spesifik fobiya kimi müalicə üsulu ilə aradan qaldırıla bilər. Bu fobiyanın öhdəsindən əslində qorxduğu şeylə xəstənin təmas qurması ilə gəlinir.
Siberfobiya
Texnologiyadan qorxursunuzmu? Siz də siberfobiya var. Ümumiyyətlə, texnologiyadan qaçan, planşet, ağıllı telefon istifadə etməkdən imtina edənlərdə müşahidə edilir.
Hipofobiya
Atlardan qorxanlara verilən ad Hipofobiyadır. Əgər bir şəxsin atlara qarşı şişirdilmiş qorxusu varsa və bu simptomları ən az 6 aydır yaşayırsa, deməli hipofobiyası var. Bu simptomlar, ümumiyyətlə bu heyvanları gördüklərində və ya yanlarında olduqlarında hiss edilir. Eyni zamanda bu tərz simptomlar atları düşündüyündə belə ortaya çıxa bilir.
Telefobiya
Günümüzün reallığıdır. Qısacası telefonla danışmaqdan qorxanlara deyilir. Zəng çalan telefona cavab vermək, telefonda danışarkən gərgin olmaq kimi reaksiyalar verilməsinə səbəb olan telefobiya ictimai həyata mənfi təsir edən bir vəziyyətdir. Telefonla danışmaqdan qorxmaq həm də sosyofobiya ilə əlaqəlidir.
Pedofobiya
Uşaqdan, körpədən qorxmağa Pedofobiya deyilir. Maraqlı bir fobiya növüdür. Uşaq gördüyü anda adam anormal dərəcədə qorxu yaşamaqdadır. Bu qorxular zamanla psixoloji gərginliyə, anormal reaksiyalara belə səbəb olmaqdadır.
Gamofobiya
Evlilikdən, daha doğrusu məntiqsiz bir evlilikdən qorxanlara verilən addır. Sevgisindən ölsə belə adam məntiqli bir çərçivəyə oturda bilmədikdə partnyoru ilə evlənməkdən qorxa bilər.
Podofobiya
Özünün, ya da başqasının ayaqlarından qorxan insanların sahib olduğu fobiya növüdür. Böyük ehtimalla öz ayaqlarına görə qınanılan və mənfi şərhlər alan, ya da həyatının bir dövründə gördüyü və narahat olduğu ayaqlardan sonra bu fobiya yaranmışdır.
Ablutofobiya
Bu fobiya yuyunma, duş qəbul etmə, təmizlənməkdən qorxanları əhatə edər. Uşaqlıqda yaşanan faciəvi duş almaqdan sonra insanlar yuyunmaqdan qorxmağa başlayırlar.
Alektorofobiya
Keçmişdə bir toyuq tərəfindən hücuma uğrayanların sahib olduğu qorxuya Alektorofobiya deyilir. Qısacası toyuqdan qorxmağa verilən addır.
Nomofobiya
Son illərin ən böyük fobiyalarından biri də Nomofobiyadır. Telefonsuz qalmaqdan qorxurlar. İndiki vaxtda fərq etməsək də bir çoxumuzda mövcuddur. Belə düşünək, telefonunuz yanınızda olmadıqda nə qədər sakit qala bilirsiniz?
Omfalofobiya
Göbək dəliyindən qorxmağa Omfalofobiya deyilir. Nə özünün, nə də başqasının göbək dəliyinə toxuna bilər, baxa bilərlər. Daxili orqanlarının oradan çıxacağını düşünən belə var.
Pediofobiya
Pediofobiya canlı kimi görünən oyuncaq körpələrdən qorxmağa verilən addır. Bəziləri deyir ki, bu qorxu "Chucky" filmindən sonra yaranıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 04-05-2020