Göbək dəliyi ilə bağlı bilmək istəyəcəyiniz ən maraqlı məlumatlar...
1 – Göbək dəliyi əslində sahib olduğumuz ilk yara izidir.
Belə ki uşaqlar ana bətnində olarkən göbək bağı ilə ciftə bağlanır və qidalanırlar. Uşaq doğulan zaman bu bağ həkimlər tərəfindən kəsilir, kiçik bir hissəsi isə qarnımızda qalır. Kəsiləndən bir müddət sonra həmin kiçik hissə də quruyaraq düşür və beləliklə göbək dəliyi dediyimiz yaranın ilk izi qalır.
2 – Bəzi insanlarda göbək dəliyi yoxdur.
İlk dəfə 1984-cü ildə “Victoria`s Secret”in modeli Karolina Kurkovanın göbək dəliyinin olmadığı müşahidə edilir. Bu necə olur? Əlbəttə ki, təbii yolla deyil, əməliyyatla... Məsələn, çox nadir hallarda yeni doğulan körpələrdə (Umblikal Herni belə uşaqlardan biri olub) göbək yırtığı xəstəliyinə rast gəlinir. Bu xəstəlik zamanı uşağın daxili orqanları göbək dəliyindən çölə çıxmağa meyilli olur. Ona görə də bu narahatlıqla doğulan körpələr dərhal əməliyyat edilir və göbək dəliyi bağlanır.
3 – İşin bir az pis tərəfi: Kişilərdən çıxan “Göbək pambığı”
Göbək dəliyində yığılıb qalan, “pambıq” adını verdiyimiz çirklərin əslindən nələrdən meydana gəldiyini heç bilirsinizmi? Geyimlərdəki parçalardan, ölü dəri hüceyrələrindən və göbək ətrafı tüklərdən…
Dr.Karl Kruszelnicki bu problem araşdıraraq maraqlı fikir irəli sürüb. Belə ki 4799 insan üzərində apardığı testdə göbək pambığının kişilərdə daha çox rastlandığını, yaşlı və tüklü kişilərin bu sahədə lider olduğunu ortaya çıxarıb.
4 – Göbək pambığı rekorduna təbii ki, bir kişi sahibdir.
Bir insanın belə bir rekorda sahib olmaq istəyini anlamaq çətindir, amma bu rekordu qazan şəxsin kişi olması olduqca məntiqlidir. Graham Barker 1984-cü ildən bu yana göbəyindən çıxan pambıqları yığıb saxladığı üçün “dünyanın ən böyük göbək pambığı kolleksiyası” ilə Ginnesin Rekordlar Kitanına daxil olub.
5 – Bu arada göbək dəliyi bakteriya və mikrob yuvasıdır.
Hətta yuva nədir, adətən bir çirk yığınıdı. Çünki bədənimizin hər hansı bölgəsində təqribən 67 mikrob və bakteriya növü olduğu halda, göbək dəliyimizin içində bu say 2368-ə qədərdir.
6 – Bu bakteriyaların bəziləri ilə pendir hazırlaya bilərsiniz.
Bəzi pendirli cipsilərin niyə ölü dəri və çirkli corab kimi qoxduğunu indi anladınızmı?! Göbək dəliyində olan bəzi bakteriyalar ilə pendir mayalamaq olar. Bu gerçəyi ortaya çıxaran qəribə insanlardan biri bioloq Kristina Agapakis və qoxu üzrə araşdırmaçı Sissel Tolaasdır. Məşhur qastronomiya üzrə yazar Mişel Pollan bədəndə mövcud olan çirklərin bakteriyalarından 11 ədəd pendir növü hazırlayıb.
7 – Bir az tarixdən: Göbək dəliyinə baxmaq Qədim Yunan mədəniyyətində meditasiya imiş.
Qədimdə sadəcə öz göbək dəliyinizə deyil, başqalarının göbək dəliyinə uzun müddət baxmaq bir ritual olub. Qədim Yunan mədəniyyətinə görə göbək dəliyinin düşüncə mərkəzi olduğuna inanılır, ona baxmaq isə “Hesychasm” adlanırdı.
Göbək dəliyinin möcüzəvi olduğuna inanan başqa bir sahə yoqadır.
8 – Dünyanın da göbək dəliyi var.
Sözügedən Utah ABŞ-da yerləşir. 61 metr dərinliyində olan və Amerika Smithsonian Muzeyi tərəfindən Kosmik Göbək (Cosmic Navel) olaraq anlandırılan şəklin 216 min il bundan əvvəl əmələ gəldiyi təxmin edilir.
9 – Göbək dəliyinə pirsinq etməyi düşünürsünüz?
Diqqətli olun! Çünki bu dəlik bədənimizin çox gec sağaldığı bölgədir. Göbəyinizi deşdirdiyiniz zaman həmin dəliyin tamamilə bağlanıb sağalma müddəti təqribən 1 il çəkə bilər. Bundan başqa, istər pirsinqi çıxarın, istərsə də taxın, göbək dəliyinizi yaxşıca təmizləyib quru saxlamasanız hər an infeksiya düşə bilər. Təəssüf ki, göbək pirsinqi qulaq deşməyə bənzəmir.
Firuzə Alimova / TurpKimi.com