Amma bu, dəniz suyu deyil ha...
ABŞ-da yerləşən texnologiya nəhəngi “Google”un dünyadakı məlumat mərkəzlərində milyardlarla litr su istifadə etdiyi açıqlanıb.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, açıqlanan məlumatlara görə 2021-ci ildə “Google” məlumat mərkəzlərinin dünyada istehlak etdiyi suyun miqdarı 15 milyard litrdən çoxdur.
Belə ki, şirkət təkcə ABŞ-da 15 milyard litrlik suyun 80 faizini istifadə edib. Yerdə qalan 20 faiz isə digər ölkələrin payına düşüb.
Hesabatda göstərilib ki, obyektlərin son 5 ildə sudan istifadəsi 3 dəfə artıb.
Qeyd edək ki, “Google” məlumat mərkəzlərini soyutmaq üçün dəniz suyundan istifadə edir. Lakin 15 milyard litrlik rəqəmə dəniz suları daxil edilməyib. Yəni, bu o deməkdir ki, “Google” əslində sudan daha çox istifadə edir.
Firuzə Alimova / TurpKimi.com