Görənlər heyrət içində! Tək bir kipriyi 21 sm - 733 sm isə…


Dünyada çox maraqlı rekordlar qırılır. O rekordlardan birini isə You Jianxia qırır.

gorenler-heyret-icinde-tek-bir-kipriyi-21-sm
12.06.2021 22:57 3 dəq oxuma

Dünyanın ən uzun kipriklərinə sahib olan çinli qadın  "Guinness World Records"- Ginnesin Rekordlar Kitabına girməyi bacarıb. İllər əvvəl yenə kipriklərinin uzunluğu ilə rekord qıran qadın öz rekordunu uzanan kipriyi ilə təzələyib.

TurpKimi.com xəbər verir ki,  çinli qadın kipriklərinin normaldan daha sürətlə uzandığını ilk dəfə 2013-cü ildə fərq edib.  Həkimlərin nəzarətinə götürülən  Jianxia bu sağlamlıq problemini lehinə çevirir və dünyanın ən uzun kiprikli qadını statusuna layiq görülür. 

Jianxia ilk dəfə 18 aylıq tətilə çıxıb.  Həmin tətil zamanı  sol göz qapağının kipriklərinin normalda olduğundan daha sürətlə uzandığını və bir anda kipriyinin fərqli göründüyünü kəşf edib.  

''KİPRİKLƏRİMLƏ ÇOX XOŞBƏXTƏM'' 

Jianxianın yaşadığı bu problemin heç bir elmi açıqlaması yoxdur. O,  bu vəziyyətin elmdən çox, ilahi bir lütf olduğunu düşünür. Hətta bu sayədə özünü çox güclü hiss etdiyini söyləyən rekordçu qadın, fərqli olduğunu hiss etdiyini və  olduqca da xoşbəxt olduğunu ifadə edir.

2017-ci ildə You Jianxianın kiprikləri 12.4 sm uzunluğunda idi və dünyanın ən uzun kiprikli qadını statusunu daşıyırdı. Qadının illər əvvəl rekord qırdığı kiprikləri dodaqlarının üstündə idi və illərlə uzanmağa davam etdi.   21 sm-ə qədər uzanaraq öz rekordunu təzələyən Jianxia olduqca fərqli görünür.

Kipriklərini düzəldib qulağının arxasına saç kimi atan You Jianxianın kiprikləri uzanmağa davam edir.
O qeyd edir ki heç vaxt tuş vurmaq niyyəti olmayıb,  çünki kiprikləri onsuz da uzundu.  İnsanların onu görərkən heyrətə gəldiyini deyir. 

Uzun kipriklərini möcüzə adlandıran qadın,  "Nəyə görə, bu qədər uzun kiprikləriminin olduğunu düşünməyə davam etdim,  illər əvvəl dağda 480 gündən çox zaman keçirdiyimi xatırladım" deyir. "Buna görə öz-özümə kiprikləriminin Budda tərəfindən verilən  bir hədiyyə olduğunu düşünməyə başladım" deyir.

İLLƏR KEÇDİKDƏ DAHA DA UZANIR 

İllər keçməsinə baxmayaraq kipriklər uzanmağa davam edir.  Alimlərə görə ətraf mühitdən asılı olmayaraq  ifraz olunan bir hormona görə kipriklər dayanmadan uzanır. 

Dünyanın ən uzun dırnaqlarına sahib olan və bu adı  2017-ci ildə əldə edən Ayanna Villiams 30 il sonra dırnaqlarını kəsdirib. Villiams 7 metr 33 sm uzunluğundakı dırnaqlarına qulluq üçün 20 saat manikür etdirib.

ABŞ-ın Teksas əyalətindəki Houston şəhərində yaşayan Ayanna Villiams 2017-ci ildə 5,7 metrlik dırnaqlarıyla Ginnesin Rekordlar Kitabına girib. Görənləri iki dəfə çaşdırmağı bacaran Villiams 30 il sonra dırnaqlarını kəsdirib.

 MİŞARDAN İSTİFADƏ EDİLMİŞDİ 

Dırnaq kəsmə əməliyyatını isə  bir dermatoloq  aparıb və dırnaqları kəsərkən mişardan istifadə edib. Villiams 7 metr 33 sm uzunluğundakı dırnaqlarına qulluq  üçün 20 saat manikür etdirib, dırnaqlarını rəngləmək üçün isə iki şüşə lak çəkib. 

Həyatını çətinləşdirən dırnaqlardan xilas olmağa qərar verdiyini deyən  Villiams  "Dırnaqlarımla qab-qacaq yumaq, örtük sərmək kimi gündəlik ev işlərini edə bilmirəm. Rekord hədəfim vardı. Onu da reallaşdırdığıma görə artıq dırnaqlardan xilas ola bilərəm"- qeyd edib, 

"Dırnaqlarım olsun və ya olmasın, mən yenə də kraliça olacağam"

Bundan  əvvəl dünyanın ən uzun dırnaqlı adamı 1979-cu ildə dırnaqlarını uzatmağa başlayan və 2009-cu ildə dırnaqları bir avtomobil qəzasında qırılan Lee Redmonda aid idi.

Vüsalə Əlövsətqızı, TurpKimi.com