Görmənin yaxşılaşması üçün  - Xalq təbabətinin sınanmış üsulları


TurpKimi.com görmənin yaxşılaşması üçün xalq təbabətinin sınanmış üsullarından bəzilərini təqdim edir:

gormenin-yaxsilasmasi-ucun
11.12.2021 18:43 2 dəq oxuma

Qlaukoma zamanı görmənin yaxşılaşması üçün hər gün 1 stəkan təzə qaragilə giləmeyvəsindən yemək məsləhətdir.

Dondurulmuş giləmeyvələrdən də istifadə etmək  mümkündür. Eyni zamanda aşağıdakı qarışıqlardan da istifadə etmək olar: qaragilə ilə balı qatışdırıb  qəbul etmək, 
balla yerkökü və ya çaytikanı şirəsi,
həmçinin pendir və kökdən hazırlanmış salata  yunan qozu və bal əlavə edib yemək.

Bundan əlavə müntəzəm olaraq tozağacı və ya mərcangilə yarpaqlarını dəmləyib içmək lazımdır. Görmənin yaxşılaşması üçün ayrıqotu (latınca Elytrigia,  rusca пырей) yazın erkən aylarından payızın axırına qədər yığılır və  şirəsi çəkilib içilir. Şirənin alınması üçün ayrıqotunun saplaqlarını axar suda yuyur, qaynar suda pörtür, ətçəkəndə çəkirlər. Alınan şirə qədər su əlavə edilir. Durulaşdırılır  və tənzifdən keçirilir. Həmin şirə 3 dəqiqə ərzində qaynadılır. Gündə 3 dəfə 1/3 stəkan yeməkdən 20 dəqiqə əvvəl daxilə qəbul edilir.

Yazın başlanğıcında təzə gicitkən yemək də görmənin yaxşılaşmasına müsbət təsir edir. Gicitkənin yarpaqlarını yığıb, təmiz yuyub, ovucunuzda duzla əzişdirdikdən sonra yeyirsiz. Gündə iki dəfə olmaqla hər dəfə bir ovuc  yeməkdən 30 dəqiqə əvvəl yeyin. Gicitkənin çiçəklənməsinə qədər qəbul etmək olar. 

Görmənin yaxşılaşması üçün novruzgülündən də istifadə etmək olar. 2 xörək qaşığı qurudulmuş novruzgülünü yarım litr qaynar suda, termosda dəmə qoyun. 1.5 saat keçdikdən sonra  süzün və gündə 2 dəfə 1/2 stəkan qəbul edin.  Bu cür qəbul etmək  bitkini salata əlavə etməkdən daha çox effektivdir.  

Mənbə: imbf.org

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 19-05-2021