Yağışı sevənlər üçün şad xəbər...
Aprel ayı havaların ilıqlaşmağa başladığı ay olsa da, yağışlar da az yağmır.
TurpKimi.com Türkiyə mediasına istinadla bildirir ki, aprel yağışları yüz illərdir şəfa qaynağı kimi toplanıb. Onun insanların sağlamlığına və ruhuna min bir faydası olduğu deyilir.
Belə ki, keçmişdə ölüm yatağında olan insanların ağızlarına damladırlarmış. Deyilənlərə görə, islam aləmində də yağış rəhmət və bərəkəti təmsil edir. Xüsusilə də aprel yağışları...
Kənd təsərrüfatında məhsulun yığılması, çiçəklərin açılması, yazın gəlməsi və su anbarların dolmasıyla başlayan yağışlar aprel ayının 2-ci həftəsindən mayın 13-nə kimi davam edir.
Aprel yağışlarının şəfası...
Aprel ayında yağmağa başlayan yağışlarda bədənə gümrahlıq və enerji verən dəmir maddəsi olur. Qışda aşağı düşən orqanizmdəki dəmirin səviyyəsini aprel yağışları ilə, təbii yolla bərpa etmək mümkündür.
Yağış suyu tərkibcə adi distillə olunmuş suya bənzəsə də faydalarına görə ondan qat-qat üstün və əvəzolunmazdır. Fikir vermisinizsə, yağışdan əvvəl göy guruldayır, yağışdan sonra isə gözəl bir qoxu ətrafa yayılır. Bu, ozonun qoxusudur. Deməli, yağış suyunun tərkibi adi sudan fərqli olaraq oksigenlə daha zəngindir. Ozon ionları yağış suyunun tərkibində adi sudan dəfələrlə çox olur, bütün bunlar suya yeni bir həyat, bir canlanma verir.
Keçmişdə böyük ləyənləri yağışın altına qoyaraq doldurur, yağışın suyundan müxtəlif məqsədlər üçün istifadə edərmişlər. Məsələn, saçları uzanmayanlar aprel yağışları ilə yuyunar və ya topladıqları suyu təmizləyərək içənlər də olarmış.
Firuzə Alimova / TurpKimi.com