Göyərtili,  pendirli omlet resepti


 Səhərlər səhər yeməyinizi ləzzətli bir omletlə mükafatlandırmağa nə deyirsiz?

goyertili-pendirli-omlet-resepti
19.06.2024 00:06 1 dəq oxuma

 Qızarmış çörəkləri də yanında hazırlamağı unutmayın.

Təklikdə bir payı əvəz edən omlet növlərinə yenisini əlavə etmək istəyirik. Mövsümünə görə göyərtiləri dəyişə, könlünüzə görə hazırlayacağınız omletlə sevdiklərinizi təəccübləndirə bilərsiz.

TurpKimi.com təqdim edir:

 Ərzaqlar:

 4 ədəd yumurta
 1 yemək qaşığı kərə yağı
 3 ədəd təzə soğan
 ¼ bağ şüyüd
 ¼ tel cəfəri
 1 çay qaşığı duz
 ½ çay  qaşığı istiot
 1 çay  qaşığı pul bibər
 100 qr ağ pendir
 
 Hazırlanması:
 Orta ölçüdə qarışdırma qabına yumurtaları qırın. Üzərinə duz, istiot və pul bibəri əlavə edin. Doğradığınız təzə soğan, cəfəri və şüyüdü də qaba əlavə edib,  çırpma teli ilə qarışdırın. Kərə yağını qazanda əritdikdən sonra hazırladığınız yumurtalı qarışığı tavaya yayın və qapağını bağlayıb zəif odda 4-5 dəqiqə bişirin. Sonra üzərinə ağ pendiri xırda-xırda yayın və təkrar qapağını bağlayıb 4-5 dəqiqə daha bişirin.

 Bişən omleti ikiyə qatlayaraq, ya da pizza kimi dilimləyərək servis edə bilərsiz.

Nuş olsun.

Vüsalə Əlövsətqızı, TurpKimi.com