Gözaltı qaralma və qırışları yox edən təbii kollagen maska - VİDEO


Ən bahalı kremlərdən üstün və hərtəfərli faydalı maska...

gozalti-qaralma-ve-qirislari-yox-eden-tebii-kollagen-maska
13.06.2022 12:37 2 dəq oxuma

Şəms Arslanın üz dərisinə baxanda onun tərif etdiyi maskalara inanmamaq mümkün deyil. Həmçinin onun kimyaçı olması, hazırladığı maskaların faydası ilə bağlı insanda heç bir şübhə yaratmır. Çünki bir azərbaycanlı xanım kimi Şəms Arslan həmin vasitələrin həm mənfi, həm də müsbət tərəflərini izah etmək üçün canfəşanlıq edir.

TurpKimi.com bu dəfə əksər xanımların tonal kremlərlə gizlətməyə çalışdığı gözaltı qaralmaların qarşısını alan, yaranmış qırışları yox edən və göz ətrafındakı çuxurları dolduran çox faydlı maskanın tərifini verəcək.

Bir qaba 1 çay qaşığı kətan toxumu və 1 çay qaşığı çia toxumu tökülür. Üzərinə yarım stəkan su əlavə edilir. Qarışımı qazın üstünə qoyub qaynayana kimi gözləyirik. Su isindikcə toxumların tərkibində olan maddələr çıxır və qatılaşır. Su qaynayan kimi qaz söndürülür və təmiz şüşə qaba süzülür. Toxumlardan çıxan qarışım dərini cavan saxlayan təbii kollagendir.

Suyu qaynatmamaq da olar. Bunun üçün axşamdan toxumların üzərinə su töküb səhərə kimi saxladıqda eyni nəticəni əldə etmək mümkündür. Sadəcə tez hazırlanması üçün suyun isidilməsinə ehtiyac olur.

Qarışım hazır olandan sonra marketlərdə satılan pambıq diskləri iki hissəyə bölüb həmin qarışıma batırırıq, suyunu bir qədər sıxıb gözlərin altına, dodaq üstünə, iki qaş arasına, dekolte hissəyə 15-20 dəqiqə qoymaq mümkündür. 1 aylıq prosedur üçün 30-31 ədəd pambıq disk yarıya bölünür və  həmin qarışıma batırıb, suyunu sıxıb şüşə qabda saxlamaq olar. Bu proseduru etməklə sizin bahalı kremlərə ehtiyacınız olmayacaq. 

TurpKimi.com daha ətraflı videoda təqdim edir:

Yazılıb:22.03.2021-ci ildə...

Firuzə Alimova / TurpKimi.com