Gözəl dərinin ləzzətli formulu - Parlayan Dəri Salatı


Dəriyə qulluq həm xaricdən, həm də daxildən aparılmalıdır. 

gozel-derinin-lezzetli-formulu
24.03.2022 00:08 1 dəq oxuma

TurpKimi.com bu dəfə dərini gözəlləşdirən A, C, B, K və E vitaminləri ilə zəngin və ləzzətli salat resepti təqdim edir:

Bu salat dərinizi daxildən xaricə doğru gücləndirəcək və gözəlləşdirəcək. Azərbaycanca elmi adı əkin indausu,  latınca Eruca vesicaria, türk dilində isə  roka adlanan bu bitki turpkimilər fəsiləsinə daxil olan faydalı bitkidir.  Xərçənglə mübarizə aparan fitokimyəvi elementlər baxımından zəngindir və eyni zamanda fol turşusu, A, C və K vitaminləri qaynağıdır.

Çuğundur və kök dərini qidalandırmaq və hüceyrə sağlamlığını yaxşılaşdırmaq üçün antioksidantla zəngindir. Avokado isə dəriyə faydalı olan sağlam yağların mənbəyidir.

Ərzaqlar:

Roka,
1 böyük kök,
1/2 orta boy çuğundur,
1/2 xiyar,
1 kiçik dəstə yaşıl soğan,
1 ədəd avokado,
2 yemək qaşığı çiy doğranmış badam.
Bütün ərzaqları yaxşıca yuyub doğradıqdan sonra qarışdırın. Təzə istehlak etməli olduğunuzu unutmayın.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb-03-05-2021