Dəyəri tərkibində olan təbii nemətlər...
Limon və limon suyunun faydaları saymaqla bitməz. Limondan hazırlanan maskalar dəridəki ləkə və civzələrin yox olmasında bir nömrədir.
Limondan düzgün şəkildə və doğru vaxtlarda istifadə etmək çox vacibdir. Limondan hazırlanan maskalar hər dəri üçün keçərli olmaya bilər. Bu, dərisi həssas olanlara aiddir.
Civzələri qurutmaq üçün:
Dəridəki civzələri qurutmaq üçün pambığın üzərinə bir neçə damcı limon sıxın və səpkilərin üstünə sürtün. 20 dəqiqə pambığı səpkilərin üstündə saxlayın. Sonra üzünüzü yuyun və bir neçə gün bunu təkrarlaya bilərsiniz.
Parlaq dəri üçün:
- 2 çay qaşığı bal;
- 1 çay qaşığı limon suyu;
Balla limonu qarışdırın və dərinizə sürtün. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə edin. Bu maska sayəsində parlaq və yenilənmiş dəriyə sahib olacaqsınız.
Ləkələri azaltmaq üçün:
- 1 çay qaşığı çay sodası;
- 1 çay qaşığı zeytun yağı;
- Bir neçə damcı limon suyu;
Bu 3 tərkibi qarışdırın və dərinizə sürtüb 15 dəqiqə saxlayın. Dərinizdə daha çox qalmamasına diqqət edin. Həftədə bir dəfə edin və göz ətrafı dərinizə təmas etmədən sürtün.
Qara nöqtələr üçün:
Yatmazdan əvvəl pambığa bir neçə damcı limon sıxıb üzünüzü tonik əvəzi silin. Bundan başqa, yarım limonun suyunu bal ilə qarışdırıb qara nöqtələrin çox olduğu yerlərə sürtün. 5 dəqiqə gözləyin və soyuq su ilə yuyun.
Dərini nəmləndirmək üçün:
Bir parça limonu yatmazdan əvvəl dərinin qurumuş hissəsinə sürtün və səhər duranda yuyun. Bu vasitə dərinizin təzə və nəmli görünməsinə kömək edəcək.
Firuzə Alimova / TurpKimi.com