Gözəlliyinizə gözəllik qatacaq yumurta maskası reseptləri - Üz və saç üçün


Yumurta ümumi sağlamlıq üçün faydalıdır. Saç və dəri üçün isə  son dərəcə faydalıdır. 

gozelliyinize-gozellik-qatacaq-yumurta-maskasi-reseptleri
24.05.2022 13:54 5 dəq oxuma

Yumurta hər gün istifadə edilən və hamının mətbəxində olan bir qidadır. Evdə asan və ucuz vasitələrlə gözəlliyinizə gözəllik qatmağa nə mane ola bilərki?

TurpKimi.com 8 yumurta maskası reseptini təqdim edir:

1. Saç tökülməsini önləyir, saçları uzadır

Saçınız tökülürsə və nazikləşirsə ehtiyacınız olan şey yumurtadır. Saç zülaldan (protein) yaranır və yumurta saçınızın sağlam və güclü qalması üçün lazım olan zülalla zəngindir. Bundan əlavə  saçınız üçün faydalı olan dəmir, kükürd, fosfor, sink, selenium və biotin ehtiva edir.

Saçları gücləndirən yumurta maskası

2 yumurta sarısını çırpın. 2 yemək qaşığı saf zeytunyağı əlavə edin və yaxşıca qarışdırın. Qarışığı baş dərinisinin hər yerinə tətbiq edin. 20 dəqiqə gözləyin. Soyuq su ilə  yuyun və ardınca saçınızı şampunlayın. Alternativ olaraq  1 yumurtanı çırpın və 1 stəkan süd, 2 yemək qaşığı saf zeytun yağı və yarım limonun suyunu əlavə edin. Saç dərinizə tətbiq edin. Saçınızı durulamazdan və şampunlamazdan əvvəl 20-30 dəqiqə gözləyin. Sağlam saç formalaşdırmaq üçün bu yumurta maskalarından birini  ayda 2 və ya 3 dəfə istifadə edə bilərsiniz.

2. Zəifləmiş, zədələnmiş  saçları bərpa edir

Gündəlik çirklilik, günəş şüalarına məruz qalma, pis qidalanma, xlorlu suda üzmə, həddindən artıq şəkilləndirmə və istiliklə şəkilləndirmə vasitələrinin istifadəsi saçınıza zərər verə bilər, saçınızı qurudar və zədələyə bilər. Saçınızın sağlamlığına qovuşması üçün nizamlı olaraq yumurta maskasından istifadə yaxşı təsir edir. Yumurtada olan biotin sağlam saç bitirər. Yumurta köhnəlmiş saçların itirdiyi qidaları geri qazandırar. Yumurtadakı  zülal, mineral və esansial yağ turşuları saç tellərini bəsləyər və onlara təbii parlaqlıq qatar.

1 ədəd yetişmiş bananı əzin və  1 yumurta, 2 yemək qaşığı süd əlavə edin. Yaxşıca qarışdırın. 2 yemək qaşığı təbii bal və 1, 5 yemək qaşığı saf zeytun yağı əlavə edin və təkrar qarışdırın. Maskanı saçınıza və saç dərinizə yaxşıca sürtün. Saç torbası geyinin və maskanı su ilə durulamazdan əvvəl 1 saat gözləyin. Son olaraq saçınızı yüngül bir şampunla yuyun. Maskadan həftədə bir dəfə istifadə edin.

3. Sallanan dərini yığır

Zəif və sallanan dəri size yaşınızdan daha yaşlı görsədir. Dərinizi möhkəmlətmək üçün yumurta ağından istifadə edin. Zülalın yarısından çoxu bir yumurtanın ağında  olur. B2 vitamini ilə birlikdə dərinin düz inkişafı, həzm sistemi, qan hüceyrələri və beyin funksiyası üçün lazımdır. Yumurta ağı təbii bir möhkəmləndirici kimi dərinizin möhkəm qalmasına kömək edir. Onun tərkibində olan hidrolipidlər dərini qidalandırır, zəif dərini gücləndirir. 
 

Cildi möhkəmləndirən yumurta maskası 


1 və ya 2 yumurta ağını 3 yemək qaşığı südlə birlikdə köpüklü qarışıq əldə edənə qədər çırpın. Üzünüzə, boynunuza və digər sallanan bölgələrə tətbiq edin. Təxminən 20 dəqiqə gözləyin və  soyuq su ilə durulayın. Bunu həftədə bir dəfə tətbiq edin.

4. Sızanaqları təmizləyər

Yumurta ağı dərinizdəki çox yağı əmməyə, dərinizi möhkəmləndirməyə və geniş məsamələri kiçiltməyə kömək edər. Sızanaq müalicəsinə köməkçi kimi  sızanaq izlərini və ləkələri də yox edər.

Sızanaqlı cildlər üçün yumurta maskası 

1 yumurtanın ağını çırpın və üzünüzə yayın. Yumurta maskasını dəsmalla örtün. Təxminən 20 dəqiqə gözləyin. Ehmalca çıxardın və üzünüzü ilıq su ilə yuyun. Yüngül nəmləndirici  tətbiq edin. Həftədə bir və ya iki dəfə təkrarlayın.

5. Dərini qidalandırır və nəmləndirir 

Yaxşı qidalanmış və nəmli dəri gözəl görünər. Qidalandırıcı, sakitləşdirici və nəmləndirici üz maskasını asan hazırlamaq üçün yumurtadan istifadə edə bilərsiniz.


1 xörək qaşığı yetişmiş avokado püresi, 1 yumurta sarısı və 1 çay qaşığı qatığı qarışdırın. Qarışığı üzünüzə və boyun bölgənizə tətbiq edin. 15 dəqiqə və ya quruyana qədər gözləyin. Maskanı ilıq su ilə  durulayın və dərinizi bir dəsmalla qurulayın. Son olaraq yüngül bir nəmləndirici tətbiq edin. Həftədə bir dəfə  təkrarlayın.
 

6. Pilinq maskası kimi istifadə edilə bilər

Ev şəraitində ölü hüceyrələri təmizləməyin, dərini cavanlaşdırmağın ən asan yolu yumurtadan keçir. Yumurta ağı dəri məsamələrini kiçiltməyə kömək edir və bu da qara nöqtələrin, ağ nöqtələrin və sızanaqların yaranmasının qarşısını alır. 

1 yumurta ağını ağarana qədər  çırpın. İstəyə bağlı olaraq qarışığa bir az bal, süd və zeytunyağı əlavə edin. Üzünüzə 1 və ya 2 qat yumurta ağı qarışığı tətbiq edin. Yumurta maskasını incə salfetlə örtün. 1 və ya 2 qat daha yumurta ağı və yenə salfet tətbiq edin. Bir qat çırpılmış yumurta ağı ilə bitirin. Maska tamamilə quruduqdan sonra ehmalca soyun. Dərinizi ilıq su ilə yuyun, qurulayın və yüngül bir nəmləndirici tətbiq edin. Bunu həftədə bir dəfə təkrar edin.

7. Qabarıq saçları yatırar 

Qabarıq və elektrikli saçları yatırmaq çox çətindir. Ancaq mətbəxinizdə yumurta varkən bunu asanıqla edə bilərsiniz. Probleminizi həll etmək üçün bahalı saç kremləri almağa ehtiyac yoxdur. Yağ və zülal baxımından zəngin olan yumurta sarısı saçınız üçün təbii  saç kremi funksiyası yerinə yetirər. Bundan əlavə yumurta ağında olan fermentlər bakteriyaları öldürməyə və istənməyən yağı baş dərisindən uzaqlaşdırmağa kömək edər. 

Ev şəraitində  yumurtalı  saç kremi 

1 və ya 2 yumurtanı yaxşıca çırpın. Yumurtanın sayı saçınızın uzunluğundan asılıdır. 1 və ya 2 çay qaşığı zeytun yağı əlavə edin və yaxşıca qarışdırın. Saçınıza və saç dərinizə yaxşıca tətbiq edin. 30 dəqiqə gözləyin. Durulayın və saçınızı yüngül bir şampunla yuyun. Bunu həftədə bir dəfə təkrar edin.


8. Lazımsız üz tüklərindən xilas olun

Yumurta ağı ilə istənməyən üz tüklərindən asan və rahat bir şəkildə xilas ola bilərsiniz. Yumurta ağı quruduqca istənməyən tüklərdən xilas olmaq üçün pilinq maskası funksiyası yerinə yetirən sərt, yapışqan bir kütləyə çevrilər. Bu üsul qalın deyil, incə tüklərdə işə yarayır.


1 yumurta ağı, ½ yemək qaşığı noxud unu və 1 yemək qaşığı şəkəri qarışdırın. Hamar bir məcun alınanadək  yaxşıca çırpın. İncə tüklərin olduğu bölgəyə tətbiq edin. 20 dəqiqə gözləyin. Maskanı tüklərin uzanma istiqamətinin tərsi istiqamətdə ehtiyatla soyun. Soyuq su ilə  durulayın, qurulayın və yüngül bir nəmləndirici tətbiq edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

08-04-2021