Oftalmoloq İmran Cərullazadə...
“Uşaqların gözlərini ovuşdurması hətta görmə qabiliyyətinin itməsi ilə nəticələnə bilər”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə deyib.
Onun sözlərinə görə, uşaqların gözlərini ovuşdurması oduqca təhlükəlidir: “Bu, çox pis fəsadlar yarada bilər. Ona görə də valideynlərə məsləhət görərdim ki, belə bir halla rastlaşıblarsa, mütləq şəkildə həkimə müraciət etsinlər. Yəni uşaq gözünü ovuşdurursa, onu yaradan səbəb tapılıb müalicə olunmalıdır”.
Report.az / TurpKimi.com