Gözyaşının sağdan və ya soldan gəlməsinin bir mənası var?


El içində doğru bilib aldandığımız yanlışlar.

gozyasinin-sagdan-ve-ya-soldan-gelmesinin-bir-menasi-var
16.04.2019 20:24 4 dəq oxuma

Gözyaşı sağ gözdən axarsa səbəbi xoşbəxtlik, sol gözdən axarsa səbəbi ağrıdır?

TurpKimi.com göz sağlamlığı ilə bağlı el içində doğru bilinən yanlışları təqdim edir:

1 – Arpacığa sarımsaq sürtmək yaxşı təsir edir

Arpacıq göz qapaqlarında yaranan iltihabdır, ağrı ilə başlayır. Sarımsağın içərisində isə antibiotik yoxdur. Lakin dərman sənayesində sarımsaqdan antibiotik istehsal edilir. Sarımsağın tərkibində 17 cür amin turşu var və bunlar bədəndə yaranmır, kənardan qəbul edilməlidir. Həmçinin tərkibində 33 növ maddələrlə yanaşı, kükürd, sink, A, C və B1 vitaminləri var. Sarımsaq sürtülərək deyil, ancaq yeyildiyi zaman təbii şəkildə immun sistemini artırır. Bunun üçün sarımsağın insan bədənində reaksiyaya girməsi lazımdır. Gözdəki arpacığın müalicəsi isti sarğı qoymaqla və antibiotikli göz damcıları ilə edilir.

2 – Göz yaşı sağ gözdan axarsa səbəbi xoşbəxtlik, sol gözündən axarsa səbəbi ağrıdır?

Təbii ki, xeyr! Gözyaşı lakrimal bez deyilən qaşın altındakı sümükdə yerləşmiş kanaldan axan, tərkibində 60-dan çox protein və gözü qoruyan maddələr olan mayedir. Sağ və sol gözyaşı kanalının mayesi eynidir. Hər iki gözyaşı kanalı beynin eyni hissəsindən xəbərdarlıq alır. Xoşbəxtlik gözyaşı da, ağrı gözyaşı da həm sağdan, həm də soldan refleks olaraq ifraz olunur.

3 – Gözləri tərs çevirmək o cür qalmağa səbəb olur

Əslində gözləri çevirmək göz əzələlərindən biridir və gözlər elə qalmaz. Hər gözdə hərəkəti təmin edən 6 ədəd əzələ vardır. Hər biri bir-biriylə əlaqəli hərəkət edər. Biri çox işləsə, digəri araya girər və onu düzəltməyə çalışar. Gözlərdə çəplik isə göz əzələləri yaxşı işləmədiyi zaman yaranır.

4 – Çox ağlayan gözlər quruyur

Çox ağlayanda gözlər qurumur. Göz suyu ağlamaqla qurtaracaq bir şey deyil. İnsan bədəninin 2/3-ü sudur. Ağlamaqla suyumuz qutarsaydı, insan bədəni əriyər və tez quruyardı. Qədərincə ağlamaq yaxşı hissdir və gözlər yuyulmuş olur. Bu zaman gözyaşı kanalları işləyir, kanalcıqlarda olan kiçik tıxanmalar açılmış olur və ağlayan insan mənəvi olaraq rahatlanır. Çünki insan ağlayandan sonra nevroloji sistemi tənzimləyən hormonlar ifraz olunmağa başlayır. Həddən artıq çox ağlayanda isə hər şey tərsinə çevrilir və bütün bu sistemlərdə pozulma başlayır.

5 – Gözə limon sıxmaq faydalıdır

Limonun içərisində olan limon turşusu gözdəki damarları daraldaraq parlaqlıq verir, lakin kornea dediyimiz təbəqənin quruluşunu pozur. Limonu yemək və ya içmək isə son dərəcə faydalıdır. Tərkibindəki maddələr xərçəng əleyhinə və antioksidantdır.

6 – Qaranlıqda kitab oxumaq gözlərə ziyandır

Bax bu fikir qismən düzgündür. Gözlərimiz optik orqandır. İşıqlı havada görə bildiyi kimi, qaranlıqda da görür. Lakin oxuyarkən otaq, mühitinə görə işıqlandırılmalıdır. Başın yuxarı tərəfindən yaxşıca işıqlandırıldıqda gözlər daha yaxşı görür və göz əzələləri yazını görmək üçün həddən çox gərilib yorulmur. Uşaqlar qaranlıqda oxuyarsa, gözləri yorular. Həmçinin, yaşı 40-dan yuxarı olan insanlar üçün qaranlıqda nəsə oxumaq çox çətindir və lazımsız yerə göz əzələlərini, optik quruluşu yormuş olurlar.

7 – Gözün atması uğursuzluğa işarədir

Gözün ətrafında olan əzələlərin yorğunluğu və az da olsa vitamin, mineral çatışmazlığı gözün atmasına səbəb olur. Gözünüz atırsa, bir barmağınızı həmin gözün üzərinə qoyub 1 dəqiqə ovxalayın, gözdəki atma keçib gedəcək. Davamlı olaraq gözatması varsa, heç dayanmırsa və işıqlı mühitdə şikayətiniz artırsa, həkimə müraciət edilməlidir.

8 – Eynək taxanda gözlər daha da zəifləyir

Eynək taxmaq nə gözü zəiflədər, nə də azaldar. Sadəcə görmək üçün kömək edər. Lakin bəzi göz xəstəlikləri (miyop, astiqmat, yaxını görmə) artır. Bu xəstələrə eynək yazılandan bir müddət sonra gözdəki nömrə dəyişdikdə onlar gözlərinin eynəkdən dolayı zəiflədiyini düşünür. Əslində belə deyil!

9 – Televizora yaxından baxmaq gözləri korlayır

Uşaqlar çox vaxt televizora yaxından baxırlar. Çünki onlar hər şeyi çox yaxşı gördüyü məsafədən izləmək istəyirlər.  Bu, gözləri korlamaz, amma uşaqlarda göz yorğunluğuna səbəb ola bilər. Yetişkin insanlar isə eynəkli və ya eynəksiz, televizoru ən yaxşı gördüyü məsafədən izləməlidir. Hər iki halda, yaxından seyr etmək gözləri yorur.

10 -  Yeni doğulan körpələrdə çəplik öz-özünə keçəcək

Bu tamamilə yanlışdır. Çəplik eynəyə ehtiyac və göz əzələlərində pozulma ilə əlaqəlidir. Mütləq uşaq gözündəki çəpliyə görə həkimə göstərilməli və müalicə edilməlidir.

Firuzə Alimova / TurpKimi.com