Ətrafımızda elə insanlar var ki, daimi güclü görsənmək üçün əllərindən gələni edirlər. Kənardan bizə elə gəlir ki, o insanın heç kəsin köməyinə ehtiyacı yoxdur.
Dəmir insandır və hər şeyin öhdəsindən gələ bilər. Əslində isə hər bir insanın kiminsə köməyinə, sevgisinə, qayğısına ehtiyacı vardır. İnsan sevgisiz heç kimdir.
Daima güclü görsənmək istəyən və güclü görsənən insanlar üçün Ailə və Evlilik üzrə Məsləhətçi Serhat Yabancı maraqlı bir məqalə paylaşıb.
Turpkimi.com güclü görünmək məcburiyyətində qalanlar üçün həmin məqaləni təqdim edir:
Güvənsiz bir ailədə böyüdün?
Yoxsa, ana-atanın qeyri-sağlam ailə münasibətlərinin qurbanı oldun?
Ailəndə həmişə başqaları pis və etibarsız kimi qələmə verildi?
Zəif, möhtac biri kimi görünməyə,
Kimdənsə kömək və ya nəsə istəməyə qarşı allergiyan var?
Rahat ol;
Pis insan deyilsən,
Sevgisiz biri deyilsən.
Yalnız bir az narahat,
Bir az qayğılı, hər şeydən şübhə edən tərzin var.
Yaranı yaxşılaşdırma üsulun yarana duz basmaqdır.
Ehtiyac duyduğun qayğı və sevgini,
Rahat olmaq üçün lazım olan köməyi;
Güclü görünmək üçün geri çevirirsən. Heç ehtiyacın yoxmuş kimi davranırsan.
Duyğulu görsənməkdən qaçarkən ən çox ona ehtiyacın olduğunu da bilirsən.
Maskanı çıxart artıq!
Özün ol,
Tələb et,
Yeri gələndə kədərlən, ağla.
Zəifəm de,
Sənə ehtiyacım var de.
Hər şeyə qaçmağı burax.
Onsuz da heç nə ideal, dörd-dördlük deyil.
Həyatını, qayğılarını və qorxularını susdurmaq üçün özünü yorma.
Vüsalə Əlövsətqızı, Turpkimi.com