Güclü külək əsəcək - XƏBƏRDARLIQ


2 gün güclü külək olacaq...

guclu-kulek-esecek-1
24.05.2021 17:34 1 dəq oxuma

Mayın 25-i gündüzdən 27-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

TurpKimi.com xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Mayın 25-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

TurpKimi.com