Güclü külək əsəcək - XƏBƏRDARLIQ


Fevralın 8-dən...

guclu-kulek-esecek-1-2-3-4-5-6-7-8
08.02.2024 00:11 1 dəq oxuma

Sabah ölkə ərazisində güclü külək əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 8-dən 9-u səhərədək qərb küləyinin bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

İstənilən havada əhvalınızın gözəl olması diləyi ilə TURPKİMi.COM