Güclü saçlar üçün bu qidaları yemək lazımdır - Biotin, keratin və kollagen tərkibli bəslənmə


Sağlam saçlar, ümumiyyətlə sağlam orqanizmin əsas göstəricilərindən biridir. Saçınız davamlı olaraq cansız görünür və asan qırılırsa orqanizminizdə  yetərli qədər vitamin və minerallar yoxdur, deməkdir.

guclu-saclar-ucun-bu-qidalari-yemek-lazimdir
03.06.2022 00:07 3 dəq oxuma

Saç insan orqanizmində ən birinci nəzərə çarpan hissədir. Ekoloji faktorlar, vitamin-mineral çatışmazlığı və qeyri-sağlam qidalanma saç sağlamlığınızı riskə ata bilir. Saçları gücləndirmək və bütün bu faktorlara qarşı dözümlü etmək üçün əsasən bu qidalarla bəslənmənizdə fayda var. 

TurpKimi.com saçlar üçün lazım olan vitamin və minerallarla zəngin qidaların adlarını təqdim edir:

Biotin

B7 vitamini kimi tanınan biotin bədənin sağlam dəri, saç və dırnaq hüceyrəsi üçün lazım olan zülalları təmin edir.  Gözəllik vitamini kimi tanınan  biotinin bədənə ən əsas faydası hüceyrənin inkişafında iştirak etmək və qanın şəkər səviyyəsini orta həddə  tutmaqdır.

Xüsusilə qadınların çoxunun əhəmiyyət verdiyi saç və dırnaq sağlamlığına olan müsbət təsiri ilə biotindən indiki vaxtda bir çox kosmetik məhsullarda istifadə edilir. Biotini ispanaq, çuğundur, badam, qoz, yumurta, inək və ya keçi südü, moruq və çiyələk kimi qidalardan ala bilərsiniz. 

Badam

Fındıq orqanizm üçün  sağlam yağ və zülal mənbəyidir. Ancaq badam,   xüsusilə saçın uzanmasında rol oynayır. Badam E vitamini və biotin ilə zəngindir. Saç dərisini nəmləndirir, qidalandırır və saçların uzanmasında xüsusi rol oynayır.  Günorta yeməyində salata bir ovuc badam atsanız, kifayətdir.  Badamda yüksək miqdarda C vitamini də vardır. 

Badam gündəlik  maqneziuma olan ehtiyacın 61 faizini ödəyir. Şəkərə olan tələbatı azaldır,  qadınlarda reql dövründən əvvəl yaranan sancıları azaldır, sümüklərə yaxşı təsir edir, əzələ ağrısını və spazmları yüngülləşdirməyə kömək edir. 

Şirin kartof (qırmızı kartof)

Saçınız parlaqlığını itiribsə, qidalanmada şirin kartofa xüsusi yer ayırın.  Kollagen quruluşu və istehsalı üçün əhəmiyyətli bir komponent olan C vitamini ilə zəngin olan şirin kartofla qidalanma saçlarınızın sağlam və dolğun görünməsini təmin edər. Yeməklərinizdə şirin kartofdan istifadə edə bilərsiniz. 

Noxud

Noxud, saçlarınızın sağlamlığı üçün əhəmiyyətli olan fol turşusu B9 vitamini baxımından zəngindir. Yaşıl yarpaqlı tərəvəzlərdən kələm və ispanaqda fol turşusu çoxdur. 

Balqabaq

Canlı, narıncı rəngli meyvələr və balqabaq kimi tərəvəzlər saç sağlamlığı üçün çox yaxşıdır.  Saça parlaqlıq və nəm qatan sebum adlı sağlam yağın istehsalı üçün  beta karoten, A vitamini ilə zəngindir. Tək halda A vitaminindən artıq istifadə etdikdə saçlar tökülməyə başlayır.  Buna görə, qida möhkəmlətməsindən deyil, təbii qidalanma ilə ödəməyi hədəfləyin.

Yağsız qırmızı ət

Dəmir və sink saç hüceyrələrinin inkişafı üçün önəmlidir. Yağsız qırmızı ət bu vitaminlərin əsas qaynağıdır.  Qidanın orqanizm tərəfindən sorulmasını artırmaq üçün C vitamini baxımından zəngin qidalarla birlikdə istehlak edin.

Darçın

Darçın baş dərisi də daxil olmaq üzrə bədəndə qan dövranını inkişaf etdirər. Bu da saç köklərinə daha çox qidanın getməsinə və saçlarınızın daha sürətli böyüyüb daha sağlam olmasını səbəb olar. 

Zülal

Keratin və kollagen güclü saçlar üçün lazım olan zülallardır. Əgər bəslənmənizdə zülala kifayət qədər yer vermirsinizsə, bədəniniz özünə lazım olan zülaldan qənaət etmək üçün saç uzanmasına mane olar.

Gündə hər kilo çəkiyə görə  0.36 qr. zülal qəbul etmək lazımdır.  Balıq, toyuq, paxla və fındıqdan zülal ehtiyacınızı qarşılaya bilərsiniz. Keratin kimi kollagen də dəriyə hamar və dolğun görünüş verən təbii  zülaldır. Keratin istehsalı yaş artdıqca azaldığı üçün dəridə qırışlar yaranmağa başlayır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

07-03-2022