Türkiyədə baş verən güclü zəlzələ böyük qorxu yaradıb. İlk təkanların gecə saatlarına olması, daha çox tələfatın olmasına səbəb kimi göstərilir.
Zaman-zaman dünyanın bir çox yerlərində, elə ölkəmizdə də zəlzələlər baş verir. Güclü zəlzələlər isə daha çox gecə saatlarında özünü göstərir. Zəlzələ insanları yuxuda yaxaladıqda daha çox ölümə səbəb olur.
Bəs nə üçün güclü zəlzələlər daha çox gecələr baş verir?
Elmi təstiqi olmasa da, mütəxəssislər bu sualın cavabını müəyyən çərçivədə veriblər.
Günəşin cazibə qüvvəsinin təsiri altında Yerin gecə hissəsi böyük təzyiq altında, gündüz hissəsi isə boşdur. Bu səbəbdən zəlzələlərin, ümumiyyətlə, gecə vaxtı olduğu və həddindən artıq təzyiqə və qırılmaya tab gətirə bilmədiyi təxmin edilir.
Fiziklər həmçinin bildirirlər ki, Günəş və Ay tutulmaları zamanı cazibə qüvvəsi həddindən artıq artdığından zəlzələlərin baş vermə ehtimalı da çoxdur. (azxeber.com)