Gülmək ahıl yaşdakı sağlamlığa ciddi təsir edir - ARAŞDIRMA


Belə bir qənaətə Yaponiyanın Naqoya Universitetinin tədqiqatçıları gəliblər.

gulmek-ahil-yasdaki-saglamliga-ciddi-tesir-edir
30.07.2020 13:00 1 dəq oxuma

Gündəlik həyatda gülməyən yaşlı insanların sonradan özlərinə qulluq edə bilməyərək kənardan yardıma möhtac qalacaqları ehtimalı 1,4 dəfə artıqdır.Belə ki, universitet nəzdində Tibbi Məktəbin Qabaqlayıcı Təbabət bölməsinin dosenti Kenci Takeuçi bunun kökünün immun gücü ilə bağlı ola biləcəyini güman edib:

“Bəzi məlumatlara görə, tez-tez gülənlərdə immun fəaliyyətlər yaxşılaşır, qan dövriyyəsi sürətlənir. Məncə, insanın gündəlik həyatında müstəqil keçinməsi, yaxud başqaların yardımına möhtac qalması da eyni mexanizmdən asılıdır. Bizim bu tədqiqatda müstəqil olaraq hərəkət edə bilməyən, özlərinə başqasının köməyi olmadan qulluq edə bilməyən insanların vəziyyəti əsas götürülür”.

Sözügedən araşdırmanın müəllifləri gəldikləri qənaətlər əsasında gələcəkdə yaşlı insanların səhhətindəki dəyişiklikləri əvvəlcədən müəyyənləşdirməyin mümkün olacağına ümidvardır. (Report)