Artıq içiləndə dərd verir su da...
Orqanizmi gücləndirmək və qorumaq üçün hansı qidalarla və nə qədər qidalanmağımız olduqca vacibdir.
Bəzi qidalar faydalı olsa belə artıq yeyildikdə, dahi Nizaminin qeyd etdiyi kimi “Artıq içiləndə dərd verir su da...” fikrinə gəlmiş oluruq. Həmin qidalardan biri də yumurtadır. Bir çoxları gecə yeyildikə və ya çox yedikdə orqanizmə ziyan olduğunu qeyd edir. Bəs əslində necədi?
TurpKimi.com bildirir ki, A, B və C vitamin kompleksi ilə zəngin olan yumurta orqanizmin yenilənməsinə kömək edir. Erkən yarana biləcək ürək xəstəliklərindən qoruyur, yaxşı xolesterolun yüksəlməsinə səbəb olur.
Gözəl protein qaynağıdır, gözlər üçün faydalıdır. Lakin həddindən artıq yedikdə allergik reaksiyalara səbəb ola bilir. Amma gündə 2 ədəd soyutma şəklində yemək isə bir çox sağlamlıq problemlərinin öhdəsindən gəlməyimizə kömək edəcək.
Sadaladıqlarımızdan ziyadə, faydaları çox olan yumurtanı inkişaf dövründə olan uşaqlar davamlı yeməlidir.
Beləliklə, gündə 2 ədəd soyutma yumurta yemək sinir hüceyrələrini gücləndirir, beynin funksionallığını artırır. Depressiya ilə mübarizə aparır və yaddaşı gücləndirir.
Gözlərin görmə qabiliyyətini artırır.
Bundan başqa, orqanizmin D vitamininə olan ehtiyacını ödəyir. Kalsiumla zəngindir. Sümük və əzələ quruluşunu gücləndirir. Vitamin əksikliyinin qarşısını alır.
B vitamini ilə də zəngin olduğu üçün saçların köklərini gücləndirir. Saçların tökülməsinin qarşısını alır və saç dərisini yeniləyir.
Xərçəngin yaranma riskini azaldır və qocalmanın əlamətlərini gecikdirir. bu faydalı səbəblərdən dolayı gündə 2 ədəd soyutma yumurta yemək vacibdir.
Firuzə Alimova / TurpKimi.com