Gündə 3 ədəd ZEYTUN TUMU udmaq, görün nə işə yarayır?!


Zeytunun tumu özündən daha çox faydalıdır.

gunde-3-eded-zeytun-tumu-udmaq-gorun-ne-ise-yarayir
23.04.2019 02:13 3 dəq oxuma

2000 il yaşaya bilən zeytun ağacının meyvəsi ləzzəti və faydaları ilə süfrələrin bəzəyidir. Quranda da adı çəkilən zeytunun yarpaq və tumları da bir çox xəstəliyə dərmandır.

Yaşıl və qara növləri olan zeytun kalsiumla zəngindir. Eyni zamanda tərkibində çoxlu miqdarda A, D, E və K vitaminləri də var. Mütəxəssislər gündə 5 ədəd zeytun yeməklə bədənin ehtiyacı olan dəmirin 55 faizini təmin etdiyini vurğulayır. Kosmetik vasitələrin hazırlanmasında da istifadə olunan zeytun sarılıqdan tutmuş xərçəngə kimi bir çox xəstəliyin qarşısını almaqda faydalıdır. 2000 il yaşaya bilən zeytun ağacının qabıqları və yarpaqları da olduqca çox faydalıdır.

TurpKimi.com zeytunun faydalarını təqdim edir:

- Tərkibindəki polifenollar sayəsində beyindəki oksidativ stress səviyyəsini azaldaraq sinir hüceyrələrini qoruyur. Beləliklə, gündə 5 ədəd yeyilən zeytun yaddaşın güclənməsinə kömək edir.

- Tərkibindəki yüksək dəmir elementləri sayəsində anemiya xəstəliyinə yaxalanmağın qarşısını alır. Xolesterolu azaldan zeytun damarlarda tıxanma və ürək xəstəliklərinin yaşanmamasının qarşısını alır.

- Yemək yedikdən sonra yaranan şişkinlik və köpün azalmasına kömək edir.

- İmmun sistemindəki sağlam hüceyrələrin sayını artıraraq bədənin xərçəngə qarşı gücünü artırır.

- Qanda trombosit hüceyrələrin nisbətini tarazlayaraq qanın laxtalanmasına kömək edir.

- Antioksidantla zəngin olan zeytun qaraciyərin piylənməsinin qarşısını alır. Bundan başqa E vitamin ilə də zəngin olan zeytun dərinin daha parlaq görünməsini təmin edir. Sadəcə dəriyə deyil, saçların gözəlləşməsinə, başda qabıqların yaranmamasına və saçların qurumamasına müsbət təsir edir.  

- Yemək yeməzdən əvvəl 5 ədəd zeytun yeyərək iştahınızı azalda bilərsiniz. Zeytunda olan doymamış yağlar beynə doyma hissini çatdırır. Bununla da bədən doyduğunu hiss edərək daha artıq yeməyə ehtiyac duymaz. Arıqlamaq istəyən kəslər bu üsulu sınaya bilər.

- Zeytun babasilin yumşalmasına, ağrıya və qanamaya səbəb olan təsirlərin qarşısını alır. Yaxşı ağrıkəsici olduğu üçün sümük və oynaq ağrılarını azaldır.

Zeytun yarpağının faydaları nələrdir?

Yarpaqları qurutularaq istifadə edilir və çayı dəmlənir. Bəzən yarpaqlarından hazırlanan su yeməklərə əlavə edilir. Belə ki qurutulmuş 10 zeytun yarpağını 2 stəkan suda qaynadın. Dəmləndikdən sonra istifadə edə bilərsiniz. Qədim zamanlarda sağaldıcı xüsusiyyəti olduğu üçün yaraları dezinfeksiya etməkdə bu sudan istifadə edilirmiş. Antibakterial xüsusiyyəti olan zeytun yarpağından hazırlanan suyu dərinin təmizlənməsində tonik olaraq istifadə etmək mümkündür. Zeytun yarpaqlarından hazırlanan su qış aylarında yuxarı tənəffüs yolları xəstəliklərinə yaxalanma riskini azaldır.

Gündə 3 ədəd zeytunu tumuyla birlikdə udmağın faydaları

Aparılan araşdırmalarda, zeytun kimi onun tumlarının da faydalı olduğu müəyyən olunub. Yekə olsa da udula bilən zeytun tumunun insan sağlamlığına bir çox faydası vardır:

- Yeməkdən sonra mədədə olan qıcqırmanı zeytun tumunun tərkibində olan omeqa 3 və həll olunmuş turşular sürətlə azaldır.

- Qəbizlik üçün zeytunun tumları çox faydalıdır. Lakin mütəxəssislər zeytun tumlarını toz halına gətirib istifadə edən zaman daha güclü təsirə malik olduğunu vurğulayır.

- Zeytun tumu həzm sistemini sürətləndirir. Xüsusilə də həzm sistemində iştirak edən ağız, boğaz, yemək borusu, mədə və bağırsaqların daha sağlam işləməsini dəstəkləyir.

- Mütəxəssislər zeytun tumu udan kəslərin babasil və polip kimi bağırsaq xəstəliklərinə yaxalanma riskinin azaldığını vurğulayır.

- Zeytunun tərkibində olan anri-bakterial təsirin ikiqatı onun tumundadır. Həkimlər şişlərə səbəb olan virusların zeytun tumları sayəsində azaldıla biləcəyini bildirirlər.

Firuzə Alimova / TurpKimi.com