Gündə 8 stəkan su içməklə - Hansı xəstəliklərdən xilas ola bilərsiz?


Hər gün 8 stəkan su içərək bəzi xəstəlikləri müalicə edə bilərsiniz. 

gunde-8-stekan-su-icmekle
21.03.2019 13:00 2 dəq oxuma

Xəstə olduğumuz zaman bəzən şəfanı dərmanlarda və ya bitkilərdə axtarmağa çalışırıq. Əlimizin altında olan bəsit variantlar isə heç ağlımıza gəlmir. 

TurpKimi.com xəbər verir ki, gündə 8 stəkan su içərək bu xəsətlikləri müalicə edə bilərsiniz. 

Mütəxəssislərin araşdırmalarına görə, acqarına içilən suyun da inanılmaz faydaları var.  Gün ərzində 8 stəkan su içərək bəzi xəstəliklərin həm sağalmasına, həm də yaranmasının qarşısının almasına nail olmaq mümkündür.   

Böyrək daşı

Mütəxəssislərə görə,  gündə yalnız 8 stəkan su içərək böyrəklərdə yaranan daşın  kristallaşmasının qarşısını almaq mümkündür. Eyni zamanda böyrək daşı şikayəti olanlar gündə ən az 8 stəkan su içərək bu xəstəliyi müalicə edəcək.

 Yüksək təzyiq

Yüksək təzyiq xəstələri gün ərzində daha çox miqdarda su içməyi vərdiş halına gətirsələr, hər hansı bir dərmandan istifadə etmədən təzyiqi nəzarətdə saxlaya bilərlər. 

 Toksinləri atır

Gündə ən az 8 stəkan su içərək bədəndəki toksinlərin sürətlə xaric edilməsinə kömək edir. Eyni zamanda alkoqol, tütün, çirklilik, pis qidalanma nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir.

Bağırsaq sağlamlığını qoruyur

Səhərlər su içmək limfa vəzilərinin və bağırsaq yolunun sağlamlığını qoruyur. Kortizol dəyərlərinə nəzarət edərək bizi infeksiyalardan xilas edir və ümumi sağlamlığımıza kömək edir.

 Qastriti müalicə edir

Eyni zamanda ac qarına içilən 3 stəkan su mədənin turşuluq səviyyəsini aşağı salır və qastritə səbəb olan sancıların yox olmasına səbəb olur.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com