Gündə bir dənə şaftalı yesəniz...


 Yay mövsümünün əvəzolunmaz meyvələrindən olan şaftalının 100 qramı 39 kaloridir. 

gunde-bir-dene-saftali-yeseniz
09.07.2019 18:41 1 dəq oxuma

Bir orta ölçüdə şaftalı təxminən 70 kaloridir və  pəhrizdə 1 ədəd şaftalı 1 pay meyvə sayılır. 

TurpKimi.com xəbər verir ki,  şaftalı antioksidant baxımından da dəyərli meyvədir. 

Türkiyəli diyetoloq Gizem Şeber  şaftalının antioksidant təsirindən danışaraq bildirib: "Gün ərzində hava, su və digər ekoloji amillər və yediklerimiz,  içdiklərimizə  görə bədənimizdə yaranan sağlamlığımız üçün zərərli və qocalmağı sürətləndirən sərbəst radikalların bədəndən atılmasına kömək edir.  Qidaların antioksidant tərkibinə görə verilmiş qiymətləndirmə olan ORAC dəyəri yarım şaftalı üçün 1814-dür.  Şaftalıda zeaksantin, lütein və beta-kriptoksantin adlı antioksidantlar var. Şaftalı immunitet sistemini gücləndirən, əzələnin güclənməsinə kömək edən, dəri hüceyrələrinin yenilənməsində rol oynayan C vitamini ilə də  zəngin bir meyvədir. Gündə 1 ədəd şaftalı yeməklə  gündəlik C vitamini ehtiyacının 12 faizi ödənmiş olur".   


 
GÖZ VƏ AĞCİYƏR SAĞLAMLIĞI ÜÇÜN FAYDALIDIR

Şaftalı orqanizmdə A vitamininə çevrilən beta-karotenlə də zəngindir.

A vitamini; Görmə  və tənəffüs sistemimiz üçün əhəmiyyətlidir.

Elm sübut edib ki, kifayət qədər A vitamini qəbul edənlərin ağciyər xərçənginə yaxalanma riski azdır. Yüksək qan təzyiqini aşağı salmaq üçün duzu azaltmaqla yanaşı yüksək kaliumlu qidalarla qidalanmaq lazımdır. Bir ədəd şaftalıda orta hesabla 300 mq kalium var.  

 QARALMAĞA DA KÖMƏK EDİR

 Şaftalının tərkibində olan  beta-karoten yayda  dərinin daha da qaralmasına kömək edir.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com