Gündə nə qədər su içməliyik? - Çəkinizə görə hesablayın!


Artıq içiləndə dərd verir su da...

gunde-ne-qeder-su-icmeliyik
21.07.2019 22:22 2 dəq oxuma

Məlumdur ki, böyrəklərdə ən çox rast gəlinən xəsətliklərin başında infeksiya və daşın yaranması durur. Lakin yaşa və çəkiyə görə suyun qəbulu bu xəstəliklərin qarşısının alınmasında duran ən vacib nüasnlardan biridir.

Böyrəklər qan dövranı zamanı tullantıların insan bədənindən atılmasını təmin edən həyati vacib orqandır. Ona görə də ürək, ağ ciyər, qara ciyər kimi böyrəklərin sağlamlığını qorumaq lazımdır.

Yaşınıza və çəkinizə uyğun su içilsə, kalsium tərkibli qidalar, duzun azaldılması, lazımi miqdarda kaliumun, həddi aşmadan proteinin, vitaminin qəbulu, oksalaltın məhdudlaşdırılması, turş və şirin içkilərin azaldılması və probiotikin qəbulu ilə böyrəkləri daş təhlükəsindən qorumaq olar.

Unutmayın ki, böyrəyində daş olan xəstələr qarşısını almadıqları təqdirdə 2 ildən sonra təkrarlanan ağrı və böyrək sancılarına məruz qalırlar.

Böyrəkləri necə qorumaq olar?

Sidik yolu infeksiyaları bədənə xaricdən sidik yolu ilə daxil olur. İnfeksiyaların qarşısını almağın ən gözəl yolu bədənimizi və yaşadığımız mühiti təmiz saxlamaqdır. Yay aylarında ən diqqət ediləcək məqamlardan biri hovuzlardan keçə biləcək xəstəliklərdir. Xüsusilə də uşaqlarda ciddi problemlərə yol açır. Hovuzdan istifadə zamanı yaranan ən başlıca problemlərdən biri sidik yolu ilə keçən xəstəliklər və sudakı xlorun təsiridir. İnfeksiyalardan qorunmaq üçün hovuza girməzdən əvvəl duş almaq və yaş geyimin əyninizdə qurumasını gözləməməkdir.

İkincisi, bədənin itirdiyi sudur. Su itkisi bədəndəki fermentlərin aktivliyində pozulmalara yol açaraq, baş ağrısı, yorğunluq və halsızlığa səbəb olur. Sidiyin rənginə və miqdarına baxaraq bədənin kifayət qədər su içib-içmədiyini müəyyən etmək mümkündür. Hətta qəbul edəcəyiniz suyun miqdarını çəkinizə görə də hesablaya bilərsiniz.  Bu haqda türk uroloq Dr. Erdem Çapar faydalı məlumat paylaşıb:

Hesablamaya görə,

10 kq olan bir insan 300-400 ml;

 20 kq üçün 600 ml;

30 kq üçün 900 ml;

45 kq üçün 1250 ml;

55 kq üçün 1,5 litr;

65 kq üçün 1750 litr;

70 kq üçün 2 litr;

80 kq üçün 2250 ml;

90 kq üçün 2,5 litr olmalıdır.

Firuzə Alimova / TurpKimi.com