Gündəlik su, yoxsa çay qəbulu tövsiyə edilir?


Suyu çayla əvəz etmək olar?

gundelik-su-yoxsa-cay-qebulu-tovsiye-edilir
03.03.2022 00:24 1 dəq oxuma

“Gün ərzində 2 litrə yaxın su qəbulu sağlamlıq deməkdir. İnsanlar su içməyə üstünlük vermədiyi üçün bu, onlara çox görünür”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

O bildirib ki, suyun həddən artıq qəbulu da tövsiyə edilmir:

“Bəzən suyu çayla əvəz edirik. Lakin bu da düz deyil. Çünki çayın yanında hər hansı şirniyyat olur ki, bu da yanlışdır. Gün ərzində 4-5 dəfə çay içilirsə, bu da eyni qədər şirniyyat qəbulu deməkdir. Təbii ki, bu da yaxşı hal deyildir. Yaxşı olar ki, gündəlik su qəbuluna diqqət edilsin”.

TurpKimi.com