Günə 1 stəkan portağal suyu içsək, nə baş verər?


Havaların qeyri-sabit keçməsi, yəni qış fəslinə uyğun normalarda keçməməsi müxtəlif infeksion  xəstəlikləri də özü ilə gətirir.

gune-1-stekan-portagal-suyu-icsek-ne-bas-verer
18.01.2020 20:55 1 dəq oxuma

Mütəxəssislər xəstəlikdən qorunmaq və bədən müqavimətini artırmaq üçün tərkibində bol miqdarda C vitamini olan portağal suyunun içilməsini təklif edir.

Soyuq və dəyişkən havanın olduğu günlərdə immunitet sistemi zəifləyən insanlarda üst tənəffüs yolu xəstəliklərində artım müşahidə edilir. Qrip, soyuqdəymə və infeksiyalara qarşı qorunmaqda  immunitet sistemini qüvvətləndirəcək, tərkibində bol miqdarda vitamin olan meyvə sularının istehlak edilməsi vacibdir.

TurpKimi.com xəbər veirr ki, mütəxəssislər xüsusilə, C vitamininin immunitet sistemini gücləndirməkdə əhəmiyyətli təsirinin olduğunu bildirirlər.  Günə bir stəkan portağal suyu bu ehtiyacı ödəyir. 

Kalium, folat, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu soyuqla əlaqəli azalan enerjini və davamlı yorğunluq hissini də aradan qaldırır. Nizamlı olaraq istehlak edilən portağal suyu xəstəlikdən qorunmağa kömək edir.

O, tonusu qaldırır, yorğunluğu aradan götürür və qan damarlarını möhkəmləndirir, bakteriyaları öldürür, immuniteti yüksəldir, orqanizmdən xolesterinin çıxmasına kömək edir, bağırsaqların işini normallaşdırır, uşaqlarda anadangəlmə qüsurların yaranması riskini azaldır, bir çox xərçəng formalarından müdafiə edir. Həkimlər ateroskleroz və hipertoniya zamanı, həmçinin qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görür.

 Yetkin bir insanın gündəlik  C vitamininə olan ehtiyacı 60 milliqramdır.  Bir stəkan portağal suyu isə gündəlik C vitamini ehtiyacını ödəyir. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com