Sümük əriməsi, sümüklərin kövrək olması insanların rastlaşdığı sağlamlıq problemlərindən biridir.
Sümükləri gənc ikən qorumaq qocalıq dövrünü problemsiz keçirməyinizə dəstək olacaqdır.
TurpKimi.com olaraq alimlərin araşdırmalarına istinadən güclü və möhkəm skeletə sahib olmağın mümkün olan yollarından biri haqda yazacayıq.
Araşdırmalara görə, yaşlandıqca omba çıxıqlarının 75-80 faizinin əsas səbəbi sümük əriməsidir.
Sümük əriməsindən qorunmaq üçün kalsium möhkəmlətmələri, kafi D vitamini qəbulu kimi əsasən sümüyün sıxlığını artıran qidalanma böyük əhəmiyyət daşıyır.
Xüsusən qadınlara
Estoregen hormonunda azalma və menopozdan (klimaksin) sonra qadınlarda sümük sıxlığı aşağı düşür.
Bu vaxtlarda qadınlara kalsium möhkəmlətməsi tövsiyə edilir. Lakin sümük toxumalarının gücləndirilməsi üçün bu da yetərli olmur. Bu məqamda köməyə düzgün qidalanma çatır. Xüsusilə nə yediyinizə fikir vermək vacibdir.
Qara gavalı ümumiyyətlə yüksək lif məzmunu sayəsində köməyinizə çatacaq.
Tərkibində yüksək miqdarda lif var, həzm sistemini yaxşılaşdırır. Zəngin bor, kalium və antioksidant qaynağı olan qara gavalı sümük sağlamlığı üçün ən zəngin qidalardan biridir.
Gündə 5 dənə yeməklə polad kimi skeletə sahib olacaqsınız.Sümük əriməsinin qarşısını alacaqsız.
Penn State araşdırmaçı alimləri gündəlik bir dənə gavalı qurusu yeməyin sümük sıxlığı itkisini önlədiyini sübut edib.
Aparılan araşdırmalara görə günə 5 ədəd qara gavalı yemək yeni sümüyün yaranmasına da kömək edir.
Qara gavalının tərkibində olan maddələr sümüyün kövrəkləşməsinin qarşısını alır.
QARA GAVALININ DİGƏR FAYDALARI;
Yüksək miqdarda lif qaynağıdır. Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaqları hərəkət etdirir və qəbizliyin qarşısını alır. Bağırsağın ümumilikdə sağlamlığına dəstək olur.
Antioksidantlarla zəngindir. Antioksidantlar bədəni sərbəst radikallara qarşı qoruyaraq hüceyrəyə zərər verilməsinin qarşısını alır. Yaşlanma müddətini gecikdirir.
Vitamin və mineral qaynağıdır. Qara gavalı A, C, K və B kimi müxtəlif vitaminlər, kalium, manqan, mis və maqnezium kimi minerallarla zəngindir.
Bu vitamin və minerallar immunitet sisteminin funksiyasını yaxşılaşdırır, sümük sağlamlığını qoruyur və bədəndə gedən müxtəlif metabolik proseslərə kömk edir.
Təbii şəkər qaynağıdır: Təbii şəkər insanı enerji ilə təmin edir. Bu səbəblə enerji problemi yaşayanlar atışdırmalıq kimi qara gavalını seçə bilərlər.
Gözləri gücləndirir: Qara gavalı A vitamini baxımından zəngindir və göz sağlamlığını dəstəkləyir.
Dərini qoruyur. Qara gavalı dəri sağlamlığı üçün faydalı olan antioksidantlarla zəngindir. Dəri hüceyrələrini sərbəst radikallara qarşı qoruyaraq dəri sağlamlığına fayda verər və yaşlanma əlamətlərini azaldar.
İdmanda performansınızı yüksəldər.Tərkibində təbii şəkər çox olduğundan idmançılar üçün enerji mənbəyidir. Kalim baxımından da zəngin olması ilə əzələləri möhkəmləndirir.
Qara gavalı xüsusilə uşaqlar üçün faydalı qidadır. Çalışın qara gavalıdan mövsümündə çox istifadə edin. Qara gavalı qurusunu isə süfrələrinizdən əskik etməyin. Uşaqların şirni istəyini bu sağlam atışdırmalıqla yatışdırmağa çalışın və meyvə qurularından istifadəni kiçik yaşlarından vərdiş halına gətirin. Bununla həm büdcənizə, həm də sağlamlığınıza fayda verəcəksiz.
Ancaq hər hansı bir qida kimi qara gavalını da istehlak edərkən diqqətli olmaq lazımdır. Həddindən artıq istehlakı yüksək şəkər və kalori baxımından çəki artmasına səbəb ola bilər.
Hər hansı bir qida maddəsini diyetinizə əlavə edərkən balanslı yanaşmaq tərzi əhəmiyyətlidir və qidaların miqdarına da ciddi fikir vermək lazımdır. Əgər hər hansı bir sağlamlıq probleminiz varsa və ya diyetinizi dəyişdirmək istəyirsinizsə, əvvəlcə həkim və ya diyetoloqla məsləhətləşmək lazımdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com