Günəş eynəyi alarkən bu 3 şeyə mütləq fikir verin - Üz quruluşuna görə modeli necə seçməli?


Günəşin zərərli şüalarından qorunmaq üçün günəş eynəklərindən istifadə edirlər.

gunes-eyneyi-alarken-bu-3-seye-mutleq-fikir-verin
28.05.2023 21:04 2 dəq oxuma

Hətta bəzi qrup insanlar bu eynəklərdən istifadə etməyə məcburdur. Çünki  günəşli isti bir gündə çöldə uzun müddət qaldıqda gözlərin səthi zərər görür və göz xəstəlikləri riski artır. Göz həkimləri günəşli gündə çölə çıxarkən gün eynəyi və şlyapadan istifadə etməyi məsləhət görürlər. 

TurpKimi.com günəşin həm zərərli şüalarından qorunmaq, həm də üz cizgilərinizə yaraşan eynək seçmək üçün mütləq fikir verməli olduğunuz nüanslardan yazacaq. 
 

1) Gün eynəyi gözləri mütləq ultrabənövşəyi şüalardan qorumalıdır

Gün eynəyi alarkən gözünüzü zərərli şüalardan qoruyacaq və gözünüzə uyğun olacaq modeli seçin. 

Almaq istədiyiniz eynəklərin sertifikatının olmasına diqqət edin. Günəş eynəklərinin işığı blok etmə gücü UV200, UV400 və UV600 kimi miqyaslarda olmalıdır. 

2) Günəş gözlüyündə CE işarəsi olmalıdır

Gözlüyü taxdığınızda bulanıq və ya donuq görməməlisiniz və detallar dəqiq görünməlidir. Keyfiyyətli günəş eynəklərinin etibarlı qeydiyyat sənədi olmalıdır. Təxminən 25 ildir ki, Avrupa Birliyi standartlarına görə keyfiyyətli eynəklərin üzərində CE (Conformité Européene) ibarəsi var. CE sənədi  məhsulun təhlükəsizlik şərtlərinə uyğun olduğunu bildirir.

3) Üzünüzə uyğun doğru eynək seçin

Yumru üzünüz varsa...

Əgər üzünüzün boyu ilə eni düz mütənasib, alınınızla saçınızın birləşdiyi yer geniş isə yumrusifətsiniz.


Yumru üzlərə üzünüzü daha uzun göstərəcək olan düzbucaqlı və kvadrat çərçivəli modelləri seçməlisiniz. Yumru, kiçik və aşağıya doğru genişlənən eynək çərçivələri yumru üzlər üçün doğru seçim deyil. 

Düzbucaqlı, uzun sifətiniz varsa...

Ümumiyyətlə, düzbucaqlı üzə sahib olanların üzü daha genişdir. Bu şəxslər eynək seçərkən üzlərini yumşaldacaq olan oval və yumru modelləri seçməlidirlər.  Geniş çərçivəli modelləri rahatlıqla seçim edə bilərsiniz. Seçdiyiniz modellərin üfüqi formalarda olması üzün həddindən artıq uzun görsənməsini  gizlədəcək. Pişik gözü modellər oval  və ya həndəsi şəkilli çərçivələr uzun üz tipləri üçün mükəmməl seçim olacaq.

Üçbucaq üz, armudu üz...

Yanaqlar geniş,  çənə çölə doğru çıxırsa və alın quruluşu dar isə üçbucaq sifətsiniz. Çənəyə doğru genişləyən üçbucaq üz tipində əhəmiyyətli olan üzün üst qismini və göz ətrafını vurğulayan modelləri seçməkdir. Alnınızı daha geniş göstərəcək aşağı saplı çərçivələrdən uzaq durun. Çərçivəsiz modellər bu üz tipinə daha çox  uyğundur. Pilot  tipli eynəklər və pişik gözü modellər sizə çox yaraşacaq.

 Vüsalə Əlövsətqızı, TurpKimi.com