Günəş kremləri ilə bağlı mif dağıldı...
Ultrabənövşəyi (UV) indeksi davamlı olaraq azaldıqca, güclü günəşdən qoruyucu vasitələrdən gündəlik istifadə lazım deyil. Belə kremlərdən və spreylərdən həddən artıq istifadə D vitamininin təbii istehsalına mane olur.
TurpKimi.com xəbər verir ki, bu barədə Daily Mail-ə Britaniya Dermatoloqlar Assosiasiyasından doktor Entoni Yanq bildirib.
Həkim açıqladı ki, açıq dəriyə sahib olan insanların günəş yanığı və dəri xərçəngi riski digərlərinə nisbətən daha çoxdur. Lakin dermatoloqun fikrincə, bu risklərə ağıllı yanaşmaq lazımdır. UV indeksi (bu göstərici günəş işığının spektrində ultrabənövşəyi radiasiyanın səviyyəsini xarakterizə edir) üç nöqtəyə yüksəldikdə günəşdən qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.
Üstəlik, güclü UV qoruyucu kremləri və spreyləri il boyu hər gün istifadə etmək lazım deyil. Orta illik temperaturu və gündüz saatları aşağı olan soyuq ölkələrin sakinləri bəzən günəşdən qoruyucu vasitələr olmadan çölə çıxa bilərlər, çünki belə ölkələrdə UV indeksi adətən aşağı olur.
Həmçinin qeyd edilir ki, yay günəşində ultrabənövşəyi şüalanma sağlam sümüklər və əzələlər üçün həyati əhəmiyyət kəsb edən D vitamininin təbii sintezində mühüm amildir. Günəş kreminin həddindən artıq istifadəsi onun istehsalının qarşısını alır. Bununla belə, çilləri və anamnezində melanoması olan insanlar günəşə qarşı qorunmalıdırlar. Bu zaman D vitamini üçün gündəlik tələbatı onlar xüsusi əlavələr qəbul etməklə ödəyə bilərlər.
Firuzə Alimova / TURPKİMİ.COM