Həm SPF-li, həm də təbii tərkibli...
Dərini günəş şüalarından qorumaqla biz onu ləkələnməkdən, qurumaqdan, qırışların yaranmasından və dəri xərçəngindən də qorumuş oluruq.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, əslində günəş kremləri hər mövsüm istifadə edilməlidir. Lakin daha çox isti aylarda tələbat artır.
Günəş kremindən istifadə edənlər bilir ki, daha təsirli vasitələrim qiyməti çox bahadır. Hətta bu qiymət altında belə onların qoruyuculuq keyfiyyətinə şübhə yaranır. Günəşin zərərli şüalarından qorunmaq üçün tərkibi kimyəvi maddələrlə zəngin olan günəş kremlərindən istifadə etməyinizə ehtiyac yoxdur. Çünki münasib qiymətə təbii esensial yağlar var ki, onların SPF tərkibli olması sübut edilib. Onların SPF nisbəti və nəmləndirmə xüsusiyyəti inanılmaz dərəcədə yüksəkdir. Həmin yağlar bunlardır:
KÖK YAĞI
Xüsusi ətri və zəngin vitamin tərkibi ilə diqqət çəkən yerkökü yağı, dərinizi günəşin şüalarından qorumaqla yanaşı, dərinizə xoş qaralma və qoxu bəxş edəcək. Tərkibində olan karoten və A vitamini dəriyə antioksidant təsir bağışlayır.
MORUQ YAĞI
Günəş şüalarından 50 faktorlu qorunmaq istəyirsinizsə, moruq yağı mükəmməl seçimdir. Yüksək keyfiyyəti ilə seçilən bu yağ tərkibindəki E vitamini ilə dərini yeniləyir.
BUĞDA YAĞI
Hüceyrələri yeniləyən buğda yağından dəridəki yanıqların, ləkələrin və qırışların aparılmasında istifadə olunur. Saç dərisinə və saçla bağlı bir çox problemlərdə də faydalıdır. Yüngül və qoxusuz olan buğda yağı 20 faktorlu qorumaya malikdir.
ZEYTUN YAĞI
Zeytun yağı dərini zərərli günəş şüalarından qoruyur, qidalandırır və yumşaldır. Dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
JOJOBA YAĞI
Günəşdəki zərərli Ultra Bənövşəyi Şüalar dərinizdə bir çox problemlərə yol aça bilər. Jojoba yağı günəşdən qoruyan kremlərə alternativ olaraq istifadə edilən təbii qoruyucu yağdır. Eyni zamanda günəş yanıqlarının müalicəsində də istifadə edilir.
Yazılıb: 17.04.2022
Firuzə Alimova / TurpKimi.com