Gündə 1 dəfə ləkələrin üzərinə çəkmək kifayət edir...
"Adından məlum olduğu kimi günəş və ya piqment ləkələri, əsasən xanımları olduqca narahat edən bir məsələdir. Müalicəsində müxtəlif vasitələr var, amma mən həmişə ən yaxşılarını və faydalısını yazıram ki, insanların bitkilərə güvəni azalmasın və zaman keçdikcə bitki aləmini daha da sevsin".
TurpKimi.com bildirir ki, bu barədə fitoterapevt-həkim Fizuli Hüseynov feysbuk səhifəsində paylaşım edib. O, piqment ləkələr üçün resept də qeyd edib.
"Deməli, ləkənin böyük və ya balacalığından asılı olaraq, 1 stəkan təmiz bala (yarım da götürə bilərsiz) 2 xörək qaşığı ud tozu (tozun tam üyüdülməsinə əmin olun) əlavə olunur və 15-20 dəqiqə qarışdırılır. Bal krem halına gəlməlidir. Sonra şüşə qaba töküb ağzını bağlayın. Pəncərəyə - günəş altına qoyub 1 həftə gözləyin. Bir həftədən sonra ləkələrin üzərinə çəkib, yarım saat gözləyin. Bunu ləkələr tam gedənə qədər gündə 1 dəfə edin və hər istifadədən əvvəl yaxşı-yaxşı qarışdırın. Xatırladım ki, bu qarışım üzü ağardır, sızanaqları və akneləri də aradan qaldırır, dərini canlandırır. Əgər istifadədən sonra dərinizdə qızartı olarsa, istifadəni dayandırın və ya çox ehtiyyatla istifadə edin".
Firuzə Alimova / TurpKimi.com