Günəş yanığına evdə çarə axtaranlar üçün kiçik bir məsləhətimiz var.
Çimərlikdə və ya açıq havada vaxt keçirərkən günəşdən qorunmaq vacibdir. Əgər bunu bacarmayıb dərimizi yandırmışıqsa, onda çarə axtaraq.
TurpKimi.com günəş yanığını evdə müalicə etməyin sadə üsullarından yazacaq.
Aloe vera
Az qala hər dərdə çarə olan aloe vera günəş yanıqlarının bir nömrəli dərmanıdır. Tərkibində olan nəmləndirici və sərinlədici gel günəş yanığına tətbiq edilərkən qaşınmanı kəsir və dərinin yenilənməsini təmin edir.
Su içmək
Günəşdə olarkən orqanizm maye itkisinə məruz qalır. Günəş yanığı yarandıqdan sonra da bol miqdarda su qəbul edilməlidir. Su eyni zamanda dərinizi nəmli saxlayar və sağalma prosesini sürətləndirər.
Soyuq kompres
Soyuq kompreslər dərini nəmləndirməyə kömək edər. Ancaq diqqət bu əməliyyatı edərkən birbaşa dərinizə vurmayın. Yanan hissəyə mütləq nəmli bir bez qoyub ondan sonra kompres edin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com