Həm günəşdən qoruyur, həm də gəncləşdirir...
Qış ayları geridə qaldı. Artıq üzümüzü günəşə çevirmək vaxtıdır. Günəşin enerjisi daxilimizi isitdiyi kimi, şüaları qorxulu yuxmuz ola bilər. Çünki dəridə qalıcı ləkələr yaradır.
TurpKimi.com bildirir ki, çox sadə və təbii yollarla günəşin zərərli təsirlərini yox etmək mümkündür.
Dəriyə təbii rəng verən melanosit hüceyrələrində istehsal olunan melanin piqmentidir. Bunun daha çox olması dəridə ləkələrin yaranmasına səbəb olur. Ləkələrin əksəriyyəti uzun müddət günəş şüalarına məruz qaldıqda meydana gəlirsə, bəziləri də genetik faktorlardan, hormonal dərmanlardan, hamiləlik və bəzi kimyəvi maddələrin melanositlərin hüceyrə quruluşunu pozmasından yaranır.
Bu ləkələrdən qorunmaq üçün günəşin şüalarından qorunmaq lazımdır. Bunun üçün papaq taxmaq və günəş kremindən istifadə etmək vacibdir. Günəş şüalarının yandırıcı olduğu aylardan etibarən C vitamini, yüksək retinoik turşusu kimi həssaslığı artıran məhsullardan istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki bu maddələr dəridə ləkələrin əmələ gəlməsinə səbəb olur. Məsələn, C vitamini dərinin günəşə qarşı həssaslığını artırır və əks təsir yaradır.
DƏRİNİ GƏNCLƏŞDİRƏN YAĞLAR
İtburnu yağı dərini çox tez cavanlaşdırır və inanılmaz faydalıdır. Lakin aprel ayından başlayaraq istifadə edilərsə, tərkibində yüksək miqdarda C vitamini olduğu üçün dəridə ləkələr əmələ gətirir. “Sarı kantaron” yağı da həmçinin... Həmin ayda bu yağlardan uzaq durmaq lazımdır.
Əlbəttə, hər şeydə olduğu kimi günəşdən qoruyan krem seçərkən mümkün olduğu qədər təbii vasitələrdən istifadə edin. Məsələn, nar tumunun yağı, yerkökü toxumunun yağı, üzüm tumunun yağı SPF 30-35 yağlardır.
Uçucu yağlardan mirra yağı da SPF-i artırır. Əgər evdə özünüz günəşdən qoruyan yağ hazırlamaq istəyirsinizsə, istədiyiniz nisbətdə sabit yağlardan 10 ml qarışım hazırlaya bilərsiniz. Efir yağlarından 5-6 damcı mirra yağı da əlavə edə bilərsiniz.
Firuzə Alimova / TurpKimi.com