Günəşlənmənin faydalı olduğu dəri xəstəlikləri


Günəşin dəri xəstəlikləri üzərindəki müsbəti təsiri...

guneslenmenin-faydali-oldugu-deri-xestelikleri
30.06.2021 11:05 2 dəq oxuma

Bəzi dermatoloji xəstəlikləri günəşlənməklə azaltmaq və xəstəliyin gedişatını yaxşılığa doğru dəyişmək mümkündür. Düzdü, günəş şüaları melanom və dəri xərçəngi üçün başlıca risk faktorudu və tez yaşlanmaya səbəb ola bilər. Lakin bəzi dəri xəstəliklərinin qarşısını həkimin məsləhəti ilə orta dərəcədə günəş şüalarından yararlanmaqla almaq olar. Xüsusən də yaz aylarında günəş şüalarının faydalılıq xüsusiyyəti çoxdur. Dəri ultrabənövşəyi şüaları qəbul etdikdə qan dövranı yaxşılaşır, orqanizmin D vitamini istehsal etməsinə kömək edir, sümüklərdə kalsiumun əmilməsini və toplanmasını təmin edir. D vitamini güclü immun sisteminə malik olmaq üçün vacibdir.

Bundan başqa, ultrabənövşəyi şüalar yuxunu nizama salan melatonin hormonu yaradır. Xoşbəxtlik hormonu adlandırılan serotoninin yaranmasına dəstək olduğu üçün əhval-ruhiyyəyə faydalıdır.

TurpKimi.com günəşin dəri xəstəlikləri üzərindəki müsbəti təsirini təqdim edir:

Sədəf xəstəliyi

Sədəf xəstəliyi hər yaşda rast gəlinsə də, əldə edilən nəticələrə görə sədəf xəstələrinin 75 faizi 40 yaşından yuxarı olur. Həm qadınlarda, həm də kişilərdə olan bu xroniki iltihab xəstəliyi dəri səthində yığılmış və tez-tez pulcuqlarla örtülən eritematik (qırmızı) lezyonlara səbəb olan dəri hüceyrələrinin çox sürətlə yayılmasından qaynaqlanır. Dirsək, diz, bel və baş dərisində müşahidə edilir.

Sədəf genetik, immunoloji, ətraf mühit və psixoloji səbəblərdən yarana bilir. Bu xəstəliyin simptomlarından tez-tez yay aylarında dərinin nəmlənməsini təmin edən və ya günəşlənərkən azad olmaq mümkündür. Günəş vannası əslində sədəfin əlavə müalicə vasitələrindən biridir, lakin həkim məsləhəti ilə...

Eqzema

Atopik dermatit (eqzema) hər 5 nəfərdən 1-də olan sağlamlıq problemidir. Bu xorniki iltihab xəstəliyi uşaqlarda ən çox rast gəlinən dəri patologiyasıdır, həmçinin yeniyetməlik və yetkinlik dövründə də baş verir.

Eqzema dərinin qızarmasına və qaşınmasına səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar tərin pH-ındakı dəyişikliklərdən, daha yüksək qələvilikdən, istilik və tərləmə ilə arta bilən bakterial infeksiyaların inkişafından əziyyət çəkir. Bakteriyaların artması qıcıqlanmaya və qaşınmaya səbəb olur. Lakin ultrabənövşəyi şüalar simptomların azalmasına kömək edir. Günəş vannası qəbul edərkən bədənin temperaturunun və tərləmənin artmamasına diqqət edilməlidir.

Akne

12-18 yaş aralığında olan yeniyetmələrin 80 faizində bu dəri xəstəliyi yaşanır. Bu hal qadınlarda yetişkin olana qədər davam edir. Üzdə, sinədə və beldə yağlı sızanaqlar şəklində çıxan iltihablı prosesdir. Günəşlənmək ankelərin sağalmasına fayda versə də, bəzi hallarda kəskinləşməsinə də səbəb olur. Ona görə də həkimin tövsiyyəsi və ehtiyatlı olmaq məsləhətlidir!

Firuzə Alimova / TurpKimi.com