Günün yorğunluğunu bu kokteyllə atın - Enerji deposu


İşdəki gərginlik və yorğunluq evə gələndə də davam edir. 

gunun-yorgunlugunu-bu-kokteylle-atin
05.04.2023 17:51 1 dəq oxuma

TurpKimi.com günün yorğunluğunu atmaq üçün kətan toxumlu kokteylin reseptini təqdim edir:

Ərzaqlar:

-3 su stəkanı süd
-Yarım banan
-2 xörək qaşığı kətan toxumu
-1 xörək qaşığı bal
-3 xörək qaşığı qatıq
-1 çay qaşığı toz darçın
-Yarım çay qaşığı toz zəncəfil
-2 ədəd quru qaysı

Hazırlama qaydası:

Bananı dilimləyib blenderdən keçirin. Üzərinə kətan toxumu, qatıq, bal, darçın,  zəncəfil və qaysını əlavə edin. Daha sonra soyuq südü əlavə edib, blenderin asta rejimində qarışdırın. Sonda köpürməsi üçün sürətli rejimdə 1-2 dəqiqə çalın. 

Hazırladığınız kokteyli soyuq şəkildə için.  

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com