Hamamdakı kiflərdən dəqiqələr içində xilas olun. Cəmi iki inqrediyentlə kifdən əsər-əlamət qalmayacaq.
Kif ləkələri adətən isti və rütubətli mühitlərdə yaranır. Ən çox rast gəlinən yerlərdən biri də vanna otaqlarıdır. Duş kabinəsində və ya kafel aralarında yaranan kif ləkələrini evdə özünüz hazırlaya biləcəyiniz təmizləyici qarışıqla aradan qaldıra bilərsiniz.
VANNADAKI KİF NECƏ TƏMİZLƏNİR?
Kif, isti və rütubətli mühitdə yaranıb yayılan bir növ göbələkdir. Bəzən kif hamar səthlərdə ağarma ilə özünü göstərir. Vannada duş kabinəsində və ya kafel aralarında yaranan qara kiflər həddindən artıq rütubətdən qaynaqlana bilər. Kifin ölçüsünə və yerləşdiyi yerə görə onu ev şəraitində asanlıqla təmizləmək mümkündür. TurpKimi.com təfərrüatları sizinlə bölüşür.
1. Ağ sirkə ilə təmizləmə
Ağ sirkə təmizlikdə tez-tez istifadə olunur və vannadakı kiflərin təmizlənməsində də çox faydalıdır. Bunun üçün bir qədər ağ sirkəni sprey şüşəsinə tökün və birbaşa kif olan sahəyə püskürdün.
5-10 dəqiqə gözlədikdən sonra həmin sahəni süngər və ya bezlə təmizləyin.
2. Soda və ağ sirkə qarışığı
Kif ləkəsindən qurtulmağın digər bir yolu isə soda ilə ağ sirkəni qarışdırmaqdır. Hazırladığınız qarışığı sprey şüşəsinə tökün və kifli sahələrə püskürdün. Bir neçə dəqiqə gözlədikdən sonra süngər və ya bezlə ovalayaraq təmizləyin.
Bu üsullarla kif ləkələrindən qısa zamanda və asanlıqla qurtula bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com