Hamı bütün əngəlləri aşan, şagirdləri üçün özəl olan bu müəllimdən danışır


45 nömrəli məktəbin çox sevilən bir tarix müəllimi barəsindədir növbəti sujetimiz. 28 yaşlı Ozal müəllim... Onun görmə qabiliyyəti tam məhduddur. Ancaq məktəbin əksər şagirdlərinə tarix dərsi keçir.

hami-butun-engelleri-asan-sagirdleri-ucun-ozel-olan-bu-muellimden-danisir
30.09.2022 09:18 1 dəq oxuma

Söhbət görmə qabiliyyəti tam məhdud olan Ozal müəllimdən gedir. Hansı ki, hazırda paytaxtda yerləşən  45 nömrəli məktəbin əksər şagirdlərinə tarixdən  dərs keçir. 

562 bal toplayaraq Pedaqoji Universitetin bakalavr pilləsində, ardından isə  magistr təhsili alan bu cavan oğlanın ilk iş yeri Lerikin Zenoni kənd məktəbi olub. 3 il burada çalışan Ozal bu il yenidən imtahan verərək, ölkə üzrə tarix müəllimləri içərisində ən yüksək nəticəni- 100 bal üzərindən 97.5 bal toplayıb. 

Ozal müəllim şagirdlərinin gül üzünü görməsə də, adlarını əzbər bilir. Hətta,  kimin nəyə qadir olduğuna da yaxşı  bələddir. 

Ozal hazırda təkcə müəllimlik etmir, o həm də abituriyent hazırlayır.

Dərs zamanı bu müəllimin ən böyük köməkçisi isə dost kimi yanaşdığı şagirdləridir. Gördüyünüz Məhəmməd adlı bu oğlan müəllimin həm də yol yoldaşıdır.  

Uzun illər sonra Ozal müəllimin sayəsində əsl müəllim şagird sevgisinin yenidən şahidi oldum. Deyərdim ki, bu gün mən tarixə düşəsi bir tarix müəllimini tanıdım.

xezerxeber.az