Hamilə qadınlar moruq mürəbbəsi yeyə bilərmi? - Dietoloq açıqladı


Moruğun hamilələr üçün həm ziyanlı, həm də faydalı tərəfi...

hamile-qadinlar-moruq-murebbesi-yeye-bilermi
03.10.2023 00:02 1 dəq oxuma

“Moruq mürəbbəsinin tərkibində hamilə qadınlar üçün çox faydalı elementlər var, lakin onu ehtiyatla və az-az istehlak etmək lazımdır”.

TurpKimi.com bildirir ki, bunu “NEWS.ru”ya dietoloq Lyudmila Mikityuk deyib. Onun sözlərinə görə, çoxlu miqdarda mürəbbə allergiyaya səbəb ola bilər.

“Moruq mürəbbəsi hamilə qadınlar üçün faydalıdır, çünki tərkibində bol miqdarda dəmir və fol turşusu var. Onlar anemiyanın qarşısını alır və dölün normal formalaşmasına şərait yaradır”, - deyə mütəxəssis izah edib.

O, xəbərdarlıq edib ki, moruq mürəbbəsi zəngin və aktiv məhsuldur. Allergiya yalnız hamiləlik dövründə deyil, həm də ana süd verən zaman da yarana bilər, çünki bu zaman bədən gözlənilməz reaksiyalar verə bilir. Dietoloq onu da xatırladıb ki, mürəbbə qızdırmasalıcı və mikrob əleyhinə vasitədir, ona görə də ondan qrip və soyuqdəymə ilə mübarizədə istifadə olunur.

"Çaya əlavə edilə və ya meyvə içkisi hazırlana bilər. Bunun üçün sadəcə isti, qaynadılmış su ilə qarışdırmaq da olar. Moruq mürəbbəsi qara çay və ya limonla da yaxşı gedir” - deyə dietoloq qeyd edib.

O, həmçinin əlavə edib ki, moruq mürəbbəsi qanı durulaşdırdığı üçün insult riski olan insanlara faydalıdır. Bundan əlavə, mürəbbədə mövcud olan ellagik turşusu patoloji olaraq dəyişdirilmiş hüceyrələrin bölünməsini dayandırır və bununla da cavanlaşmanı uzadır.

Firuzə Alimova / TurpKimi.com